Nazirlik cərimələri qaldırmaq istəyir
"Biz düşünərək qanun layihəsini hazırladıq, o cümlədən hökümətə təqdim edəcəyik ki, həmin cərimə məbləği təxminən 5 min manata qədər qaldırılsın”.Bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş” ongünlüyü çərçivəsində seminar müşavirəsi öncəsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, əməyin mühafizəsi ilə bağlı artıq yeni qanun layihəsi hazırlanıb və dövlətə təqdim edilib: "Qanunun dövlət tərəfindən təstiq ediləcəyini ümid edirik. İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində əməyin mühafizəsi qaydaları var. Əməyin təhlükəsizliyinin qorunmamasına görə 1000 manatdan 2000 manata qədər inzibati məsuliyyət nəzərdə tutulub. Texniki təhlükəsizlik qaydalarına riayət olunması, fərdi mühafizə vasitələrinin alınması və işçilərin təmin edilməsi işəgötürənlər tərəfindən müəyyən xərc tələb edir. Əlbəttə, bu 2 min manatdan artıq xərcdir. Buna görə də bir çox işəgötürənlər bir çox hallarda buna riayət etmirlər. Təbii ki, bu işlər hazırda bizdə layihə formasındadır. Artıq bu qanunu hökümətə təqdim edəcəyik. Yəqin ki dövlət tərəfindən qanun təstiq ediləcək”.
Digər Xəbərlər
17 Aprel 2024 18:52
Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO
17 Aprel 2024 17:35Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Aleksey Juravlev
17 Aprel 2024 17:12Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Aprel 2024 16:39Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçirib - VİDEO
17 Aprel 2024 16:10