adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2015 10:08
2233
DÜNYA
A- A+

İndoneziyada kütləvi toy paradı

Cənub-şərqi Asiyada ən böyük dövlət olan İndoneziyada kütləvi toy mərasimi keçirilib.

Adalet.az-ın "musavat.com”-a istinadən məlumatına görə, paytaxt Cakartada keçirilən mərasimdə bəylər və gəlinlər hərbi maşınlarla irəliləyiblər. Bu insanlar kasıb olduqlarına görə özləri evlənə bilmirlər. Ona görə də hökumət, müxtəlif ianə təşkilatları və hərbiçilər əl-ələ verib kasıb sevgililərin bir-birinə qovuşmasını təmin edir.

Bildirilir ki, əhalisi 250 milyondan çox olan İndoneziyada belə kütləvi toy mərasimi tez-tez olur.