adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Yanvar 2015 10:07
2361
DÜNYA
A- A+

İŞİD ABŞ-dan maliyyə dəstəyi aldığını etiraf etdi

"İraq Şam İslam Dövləti” terror təşkilatının liderlərindən biri ABŞ-dan maliyyə dəstəyi aldıqlarını etiraf edib.

Adalet.az-ın "musavat.com”-a istinadən məlumatına görə, bu barədə Pakistanın "Tribune” qəzeti yazır.

Yanvarın 22-də Lahorda həbs edilən Yusif əl Sələfi dindirmə zamanı etiraf edib ki, Pakistanda qruplaşma yaratmaq və Suriyada hərbi əməliyyatlara gəncləri cəlb etmək üçün Birləşmiş Ştatlardan maliyyə vəsaiti alıb. Onun sözlərinə görə, terror təşkilatına cəlb edilən hər yeni adam üçün 600 dollar verilib.