adalet.az header logo
  • Bakı 21°C
29 Yanvar 2015 10:06
1941
DÜNYA
A- A+

BMT 7 dövləti səsvermə hüququndan məhrum etdi

Yeddi ölkə üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

Adaılet.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Hazırda yeddi ölkə Baş Assambleyanın 69-cu sessiyasında səs verə bilmir. Bunlar Qrenada, Qırğızıstan, Marşal adaları, Makedoniya, Tonqa, Vanuatu və Yəməndir”, deyə S. Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, bir neçə gün əvvəl bu siyahıdan borcunu ödəmiş Ruanda silinib. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.