HƏYATIMDAKI ÖZƏL ŞƏXS

ƏBÜLFƏT MƏDƏTOĞLU
67877 | 2015-01-28 18:57


O, bunu kimsəyə hissetdirmir

Bugünkü kimi yadımdadı.Dekabrın25-i idi. Telefonla əlaqə saxladım, hal-əhval tutdum. Sağollaşanda mənə dedi ki,axşam çağı səni «Gənclik»də gözləyəcəm, təqribən saat 6-7 arası. Maraqla soruşdum:

-Xeyirdimi? Nəsə bir problem var?

Özünəməxsustəmkinli səsiylə və bu dəfə bir az da ciddi:

-Telefon söhbəti deyil, gələrsən danışarıq.

Açığınıetiraf edim ki, axşama qədər ürəyimdən, ağlımdan min bir fikir gəlib keçdi. Öz-özümədüşündüm ki, görəsən nə məsələdi? Niyə telefonda demədi? Və tez-tez də saata baxırdım.Həmin günü bir təhər yola verib deyilən vaxtda «Gənclik»də oldum. Metronun üstündəvar-gəl edirdim. Telefonuma zəng gəldi. O idi:

-Hardasan? Gəlmisən?

-Hə, gəlmişəm, metronun ətrafında gəzişirəm.

-Onda keç yolun sağ tərəfinə. O böyük telefon mağazası olan istiqamətə gəl.

Dediyikimi də etdim.Mağazaya yaxınlaşanda gördüm ki, girişdə dayanıb. Öpüşüb görüşdük.Mən səbrlə heç nə soruşmadan onun nə deyəcəyini gözlədim. Qoluma girib piştaxtayayaxınlaşdırdı:

-Özünə bir telefon seç – dedi.

Çevrilibüzünə baxdım. Gözlərimlə sanki soruşmaq istəyirdim:

-Çox da bahalı olmasa da istifadəyə yararlı telefonum var. İkincisini almağa elə bir lüzum yoxdu.

O, mənim baxışlarımaəhəmiyyət vermədən:

- Beş-altı gündənsonra yubileyindi. Sənə bir telefon hədiyyə etmək istəyirəm. O gün fikir verdim,gördüm telefonun lap əldən düşüb. Özün seç – dedi.

Dostuma təşəkküretdim. Diqqəti məni xeyli duyğulandırmışdı. Elə kövrəlmiş bir halda da yarı zarafat, yarı ciddi söylədim:

- Telefon danışmaqüçündü, hələki də danışırıq. Bəlkə əlavə xərcə yol verməyək?

- Telefonu mən alıram,sən sadəcə seç – deyib sözünü təkrarladı.

Mən satıcıdan normal qiymətə olan «Nokia»nı göstərməsinixahiş etdim. Dostum bir mənə baxdı, bir telefona və:

- Yaxşı, sən istəyənolsun – dedi.

Hiss etdim ki, təqribən90 manat civarında olan telefonu seçməyim onu razı salmamışdı. Ona görə də telefonlabərabər 40 manatlıq da kontur kartını hədiyyənin üstünə əlavə etdi:

- Yubileydə çox danışacaqsan,zənglərə cavab verəcəksən. Onsuz da çoxları ancaq «vızıv» edirlər… Və güldü

Mağazadan çıxdıq.Maşına yaxınlaşanda bir anlıq dayandıq. Sonra əlini qoltuq cibinə salıb bir bükülü  çıxardıb mənə uzatdı:

- Götür bunu da.

Yenə üzünə baxdım:

- Yubiley qonaqlığınınxərcidi, istədiyin yerdə süfrəni aç. Yadındadı, demişdim ki, yubileyini mən keçirəcəm.İndi başım çox qarışıqdı. İndi tədbirə geçikərəm sıxılarsan, narahat olarsan. Götürbunu, sifarişini indidən ver…

Sonra sağollaşıbayrıldıq. O, iş dalınca getdi. Mən dayandığım yerdə xeyli fikrə daldım. Təqribənmay ayının sonlarında onunla ad günümlə bağlı söhbətimiz olmuşdu. Və o, sözarasıbildirmişdi ki, sənin 50-60 nəfərlik yubiley tədbirinin ziyafəti mənim boynuma,özüm edəcəm.

Düzünü deyim ki,bu söhbəti unutmuşdum. Daha doğrusu, bu söhbətə qayıtmaq fikrində deyildim. Onagörə də dost-tanışa hardasa bir tədbir keçirəcəyimi öncədən söyləmirdim. Fikirləşirdimki, qayğılar çox, problemlər saysız-hesabsız. Və belə bir vaxtda dostun yadına hansısabir vədi salmaq doğru olmaz. Amma sən demə, əsl dostun, əsl kişinin dilində səslənənfikir aylar, illər ötsə də unudulmur, yaddan çıxmır. Görünür elə buna görə əsl dostun,əsl kişinin adı da, sözü də, yeri böyük olur. Mən bunu həmin dostumun mənə göstərdiyimaddi və mənəvi diqqətə görə demirəm. Bu gerçəkliyi yaşayanlar bilir ki, diqqət,qayğı nə deməkdi. Və bir də bilir ki, bugünkü zamanda, bugünkü hadisələrin fonundasözübütöv, xarakteri bütöv, məntiqi kəsərlivə nəhayət, dostluqda, yoldaşlıqda sədaqətli olan insanların sayı xeyli azalıb.Baxmayaraq ki, onların problemləri başlarından aşır, amma o sayca az qalanlar böyüklərinihər yerdə, hər məqamda qorumağı bacarırlar və qoruyurlar da. İndi isə…

Mən onunla Füzulidə, daha doğrusu, Horadiz qəsəbəsində,yəni bugünkü Horadiz şəhərində tanış olmuşdum. O, Horadizdəki bazaların birindəişləyirdi. Mən də rayona ezamiyyətə getmişdim. Elə oldu ki, yazacağım mövzu iləbağlı rayon partiya komitəsinin təlimatçısı ilə birlikdə Horadiz qəsəbəsindəki bazayagetdik. Müəyyən qeydləri götürüb ayrılmaq istəyəndə sarıyanız, hündürboylu, sondərəcə də cəld bir nəfər bizə yaxınlaşdı. Təbii ki, o məni tanımırdı, ona görə dətəlimatçıya müraciət etdi:

- Nahar vaxtıdı,qonağımızı ac yola sala bilmərik, düz gəlməz. Gedək, bir tikə qismət kəsək. Sonrasizi yola salarıq – dedi.

Təbii ki, qonaq evsahibinin sərəncamındadı. Və mən də həmin məşhur atalar sözünü dilimə gətirəndətəlimatçı da, bizi nahara dəvət edən də məmnun halda gülümsədilər. Və biz birlikdəHoradiz qəsəbəsinin girişindəki bağın içərisində olan yeməkxanaya gəldik. Tanışolduq, çörək kəsdik… Beləcə, başladı bizim münasibətlər… Ordan tanıdım XaləddinHüseynovu. Və həyat elə gətirdi ki, mən onunla demək olar ki, işğala qədər cəmibir-iki dəfə görüşdüm. Ancaq qaçqınçılıq füzuliləri Füzulidən didərgin salandansonra bizim münasitbətlər daha da sıxlaşdı, daha da möhkəmləndi. Biz artıq bir-birimizinailə üzvlərini də, evini də tanıdıq. Dəfələrlə onun süfrəsinin ətrafında yığışandoğmaları arasında mənim də yerim oldu. Gördüm ki, bu yurdcanlı, bu zəhmətkeş insanıniç dünyasında Füzuli tamam fərqli bir ünvıandı. Təkcə doğulduğu bölgə kimi yox,təkcə işğal olunmaş Qarabağın bir parçası kimi yox, həm də bütöv Azərbaycanın fonundaFüzuli Xaləddin üçün bir növü qibləgahdı. Ona görə də bu adam el-obanın heç birxeyir-şərindən qalmır. Çalışır ki, Füzuli ilə bağlı keçirilən tədbirlərdə, görülənişlərdə o da nəyinsə qulpundan tutsun, yanan ocağa bir kösövü də o atsın. Bu odunalovunu, istisini bir az da artırsın…

Mənim həyatımın qəribəməqamlarından biri də ailəmin Beyləqanda, uşaq bağçasında yaşadığı günlərə təsadüfedir. Həmin vaxtlarda yaşadığım və işlədiyim Bakının sıxıntılarını, problemləriniyaxşı bilən Xaləddin günlərin birində elə «Ədalət» qəzetinin redaksiyasında, yəni mənim iş otağımda bir qardaş ərkiylə, bir dosthökmüylə dedi:

- Bilirəm, ailə-uşağıhələlik şəhərə gətirə bilməmisən. Odur ki, bax, sənə deyirəm, bizim füzulilərinişlətdiyi yeməkxanaya tapşırmışam, naharını, axşam yeməyini, bir sözlə, başınınqonaqlarını oraya apararsan. Elə bil ki, o yer sənin özünündü. Gecə də orda adamlarolur. Vaxtsız işdən çıxsan, yenə çəkinmə. Get qapını döy, çörəyini ye.

Bəli, mən həyatımdadosta bu qədər diqqət göstərən çox az-az insanlar görmüşəm. Məhz həmin insanlardanbiri də ürəyimdə, ailəmin içərisində yeri olan Xaləddin Hüseynovdu.

Yazımın əvvəlindəneçə il bundan öncənin dekabrını xatırlatdım. İndi həmin məqama qayıdıram. Mən Xaləddininverdiyi həmin o bükülünü evə gətirdim. Açıb gördüm ki, bükülünün arasında iki minmanat pul var. Ailə üzvlərim çox qəribə bir maraqla mənə baxırdılar. Bu qədər pulunhardan, niyə məndə olduğunu hamı soruşmaq istəyirdi. Amma tam səmimiyyətimlə deyimki, heç kim cəsarət etmirdi. Hamı nə baş verdiyini düşünə-düşünə qalmışdı. Çünki bizim evdə, bizim ailədə bu cür böyük miqdardapul bir sovet dönəmində, yəni çap olunmuş kitabımın qonorarları, bir də MüdafiəNazirliyinin orqanı olan «Azərbaycan ordusu» qəzetinin bölgə müxbiri işləyəndə üçqatəmək haqqı alırdım, bax onda görünmüşdü. Həmin tarixlərdən sonra isə bir qəzetçinin,bir yazı-pozu adamının cibindən bu qədər pul çıxarması təbii ki, evdə hər kəsi şokasalmışdı.

Yenə etiraf edimki, mən özüm də şokda idim. Amma buna baxmayaraq, təmkinlə, bir az da təmtəraqlıvə pafoslu şəkildə pulun hardan, kimdən, nə üçün alınıb bu evə gəldiyini hər kəsəbildirdim. Ailə üzvlərim həm kövrəldilər, həm də onların az qala bir ağızdan etdiklərialqış bu gün də qulaqlarımda səslənir. Və mən inanıram ki, hətta bunun üçün andda içə bilərəm ki, orda söhbət puldan, onunmiqdarından getmədi. Söhbət insanın böyük ürəyindən, diqqətindən, səxavətindən getdihəmin axşam bizim evdə. Və o evin həmin axşamki bütün söz-söhbətinin, bütün diləklərininvə dualarının qəhrəmanı Xaləddin oldu. Məhz onda evin xanımından tutmuş uşaqlarınaqədər hər kəs yanvarın 1-ni, yəni doğum günümü qeyd etməyi israrla tələb etdilərvə dedilər ki, indi dostun təşkil etdiyio süfrəyə dəvət edəcəyin insanları özün müəyyənləşdir. Və hətta qızım tez dəftər-qələmdə götürdü və özü öz yanından ziyafətin menyusunu qeyd etməyə başladı…

Yanvarın 1-də, dahadoğrusu, dekabrın 31-də Bakıya güclü qar yağdı. Hər tərəf donmuşdu. Səhər bu mənzərənigörən ailə üzvləri bir az dilxor olmuşdular. Təbii ki, mən də hava durumundan narazıqalmışdım. Günortaya yaxın Xaləddin mənə zəng vurdu:

- İşlər necə gedir?Çatışmayan nə isə var?

Mən onun bu diqqətindəndə kövrəldim. Çünki o, sözarası restoranla da maraqlandığını, hər şeyin qaydasındaolduğunu bildirmişdi. Mən onda bir daha anladım ki, bu insan təkcə məsələnin madditərəfini ödəməklə, həll etməklə özünü kənara çəkməyib. Hətta restoranda stollarınnecə düzülməsindən tutumuş, süfrənin necə qurulmasına qədər hər şeylə maraqlanıb.Bunu isə yalnız adamın qanına, canına, ürəyinə yaxın olan dostlar, doğmalar edəbilərlər. Bax, Xaləddin də həmin o telefon zəngiylə, diqqətiylə məni də, ailəmidə təkrar narahatlığın içərisindən çəkib çıxardı. Və zarafatla dedi ki, yubileyindəqar yağması heç də pis əlamət deyil, əksinə, ruzi-bərəkətdi, sağlamlıqdı. Buna dilxorolmaq yox, sevinmək lazımdı. Bir də qonaqlarından hansı biri səni doğrudan-doğruyaçox istəyirsə, özünə əziyyət verib o məclisə gələcək, sən kefini pozma.

Bəli, həmin axşamSüleyman Abdullayevin gözəl avazı ilə Xaləddin mənə bir yubiley keçirdi. O məclisəSeyran Səxavət də gəlmişdi, Vaqif Bəhmənli də, Zakir Fəxri də, Musa Yaqub da, UmudRəhimoğlu da… tələbə yoldaşlarım da, iş yoldaşlarım da, təbii ki, başda Aqil Abbasvə İradə Tuncay olmaqla… Gözəl bir məclis keçdi. Məclisdə iştirak edən Rafiq həkimdə, Babək həkim də, eləcə də Füzulidən olan digər ürək dostlarım bilmədilər ki,bu məclisi kim təşkil edib. Çünki Xaləddin onun adının səslənməsini istəmədi. Dediki, qardaş, dost bir-biri üçün göstərdiyidiqqəti, xidməti dilə gətirməməlidi. Amma mən sözarası da olsa Dədə Süleymanın yaratdığışəraitdən istifadə edib gələn qonaqlara, dostlara, xüsusilə Xaləddinə təşəkkür etdim.Bilmirəm, o xüsusi təşəkkürün nəyə işarə olduğunu məclisdə fəhm edənlər, duyanlarvar idi, yoxsa yox. Çünki məclisin ovqatı çox yüksək idi. Amma hər halda, mənimailəm və mənim Allahım bu gecənin yükünü çəkən insanın kim olduğunu bilir və biləcəkdidə...

Bəli, biz Xaləddinləhəm sevincli, həm kədərli məqamlarda həmişə bir yerdə olmuşuq. Mən onun dəstəyini həmişə hiss etmişəm. Onun evinə ən yaxın adam,yəni ailənin üzvü kimi ərklə üz tutmuşam. Hər sözü, hər ismarıcı mənim tərəfimdənbirmənalı qəbul olunub. O, ürək əməliyyatı keçirəndə də, həmçinin digər səhhətiylə,işiylə bağlı gərgin anlarında da onun yanına tələsən doğmalarına, dostlarına tamamfərqli yanaşıb. Mənə isə daha yaxın, daha simsar adam kimi ürəyini açıb, səmimiyyətini,diqqətini əsirgəməyib. İndi də mən bütün olanları, yəni 80-ci illərin ortalarındanbaşlayıb bugünə qədər gələn dostluğumuzun hər gününü, hər ayını ömrümün böyük hərflərləyazılan unudulmaz bir parçası sayıram. Elə bir parçası ki, mən onunla yalnız fəxredə bilərəm. Çünki mənim həyatımda Xaləddin adlı bir dostun, bir kişinin özəl yerivar. Bu yeri o özü haqq edibdi. Düşünürəm ki, həmişə də belə olacaq.



TƏQVİM / ARXİV