adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2015 12:53
4557
ƏDƏBİYYAT
A- A+

Fikrət Qocadan Xalq şairinin ölümü ilə bağlı açıqlama

"Vaqif Səmədoğlu bu gün dəfn olunmayacaq”.

Adalet.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasındaAzərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qocadeyib.

O bildirib ki,Yazıçılar Birliyi dəfn mərasimi ilə bağlı yuxarı qurumlardan cavab gözləyir:"Yəqin ki, sabah dəfn olunacaq. Gün ərzində mərhumun harada dəfn ediləcəyi və vida mərasiminin hansı məkanda keçiriləcəyi ilə bağlı qərar veriləcək. Hələlik biz də gözləyirik”.

Xatırladaq ki, Vaqif Səmədoğlu bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.