adalet.az header logo
  • Bakı 19°C

YALANDAN DA BETƏR...

BABƏK YUSİFOĞLU
38936 | 2015-01-28 09:56
Bir neçə gündür ki, Ermənistanın kütləvi informasiya vasitələri ənənəvi yalan siyasətlərini cəbhə bölgəsindəki hadisələrə kökləyiblər. Yaman gündə olan erməni ordusu əsgərlərinin "qəhrəmanlıqlarından" demək olar ki, hər gün çox böyük səxavətlə yazırlar, danışırlar. Və həmişə olduğu kimi bu dəfə də söylədikləri yalanlar o qədər xoşlarına gəlib ki, cındır içində olan, ac-yalavac erməni əsgərlərindən "superqəhrəmanlar" da düzəltməyi unutmurlar. Hətta bu həyasızlıq o həddə qədər çatıb ki, yanvarın 24-də tərəflərin təmas xəttində baş verən növbəti insident haqqında Bakının real faktlara söykənən bəyanatları belə onların üyütdüyü yalanların dərəcəsinə təsir göstərməyib.
Əslində, ermənilərin başqa çıxış yolları da yoxdur. Uydurmaları birbaşa dövlət siyasətinə çevirən Yerevan xalqı aldatmaq, hakimiyyətlərinin ömrünü uzatmaq naminə bəs nə deməlidir?! Axı necə etiraf etsinlər ki, günü-gündən güclənən, inkişaf edən Azərbaycan hazırda bütün sahələr üzrə Ermənistandan qat-qat üstündür.
Sözügedən insidentlə bağlı Azərbaycan ordusunun ciddi itki verməsi yalanları üzərində qurulmuş xəbərlər ən vəzifəli şəxslər tərəfindən də şərh edilməkdədir. Amma haylar elə bilirlər ki, erməni ordusunun acınacaqlı vəziyyətdə olmasından yalnız özləri xəbərdardı və gerçəklər kimsəyə məlum deyil. Lakin reallıq hamıya, hətta onların özünə də bəllidir. Çünki hazırda əsl həqiqətləri bilmək üçün heç də politoloq, siyasətçi olmaq vacib deyil. Sadəcə ən adi məntiqlə belə gerçəkləri görmək mümkündür.
Ağ-qara yalanları xilası bilənlərdən soruşmaq lazımdır ki, əgər erməni ordusunda hər şey qaydasındadırsa onda niyə erməni əsgərləri vaxtaşırı fərarilik edərək qaçırlar. Çağırışçı yaşlarında olanlarsa xidmətdən canlarını qurtarmaq üçün xaricə köç edirlər. Bunun başqa izahı vardırmi?!
Özü də bu da bir faktdır ki, dəfələrlə erməni hərbi qulluqçuları ordudakı dözülməz şəraitdən bezdikləri üçün təmas xəttini keçərək Azərbaycan tərəfinə pənah gətirirlər. Normal ordunun əsgərlərinin bu cür addım atmaları harada görünüb? Belə faktları ki, indi bilməyən yoxdu...
Ermənistan ordusunun "gücü"ündən, "qəhrəmanlığı"ndan dəm vuran yüksək rütbəli şəxslərindən soruşan gərək, əgər öz ordunuza, onun bacarığına, döyüş qabiliyyətinə, imkanlarına bu qədər güvənirsinizsə, Ermənistan ordusu sizin yalandan təsvir etdiyiniz kimi bu qədər yüksək hazırlığa malikdirsə onda nə üçün Rusiya qoşunlarının Ermənistan ərazisində qalmasına razılıq verirsiniz?! Nədən hər dəfə rəsmi açıqlamalarınızda Rusiyaya məxsus həmin hərbi bazanı Ermənistanın təhlükəsizlik qarantı adlandırırsınız?!
Necə olur ki, təhlükəsizlik qarantınızın bir əsgəri gəlib bir erməni ailəsinin böyükdən-kiçiyinədək qırmasına indi tamam başqa don geyindirirsiniz?! Öz ordusuna etibar edən ölkə başqa bir dövlətin qoşunlarını öz ərazisində niyə saxlaya, bəsləyə bilər ki?!.
Əlbəttə, belə sualların sayını çox artırmaq olar, lakin buna heç gərək yoxdur. Çünki bu gün xarici ianələrlə, humanitar yardımlarla, xaricdən dilənməklə ayaqda durmağa çalışan, yoxsulluq içərisində çapalayan, işsizlik və özbaşınalıq üzündən sürətlə boşalan, iflas həddində olan Ermənistanın ordusu, əsgəri necə yaxşı vəziyyətdə ola bilər ki?! Bu absurd, bu yalan həddini aşmış bir şeydi və ona hələ ad tapılmayıb.
Özünüz neçə gündür bağırırsınız ki, rus əsgərləri mülki insanlarınızı qırır. Onda Rusiya qoşunlarını çıxarın Ermənistandan. Buna həddiniz, ........ çatarmı?! Əlbəttə ki, yox!

TƏQVİM / ARXİV