adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Yanvar 2015 21:09
9000
DÜNYA
A- A+

Obama kralı görməyə getdi

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı əhalisinə kral Abdullah bin Əbdüləzizin vəfatı ilə əlaqədar başsağlığı vermək, yeni kralla görüşmək və dünyanın aktual problemlərini müzakirə etmək üçün Ər-Riyada gəlib. 


Adalet.az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın NTV telekanalı xəbər verib. Belə ki, 30 nəfərlik nümayəndə heyəti ilə Ər-Riyada səfər edən Barak Obamanı kral Salman bin Əbdüləziz Al-Səud qarşılayıb.



ABŞ Prezidenti səfər əsnasında Səudiyyə Ərəbistanı rəhbərliyi ilə terrorla mübarizə, Yəməndəki böhran və neft bazarındakı vəziyyəti müzakirə edəcək.


Bir qədər əvvəl Barak Obamanın kral Abdullahın vəfatı ilə əlaqədar olaraq Hindistan səfərini ixtisar etmək qərarına gəldiyi bildirib.