adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Yanvar 2015 16:39
10389
KRİMİNAL
A- A+

Bakıda məktəbliyə hücum edən həbs olunub

Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyak saxlanılıb. Adalet.az-ın məlumatına görə, Xətai Rayon Polis İdarəsindən "Report”a bildirilib ki, Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğluMəmmədovtutulub.

Onun barəsində həbsqətimkan tədbiri seçilib. Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır.

Qeyd edək ki, bu il yanvarın 15-də şübhəli şəxs əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib.Sonra isəbinanı tərk edərək qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır.