adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Yanvar 2015 15:51
199397
MODA
A- A+

Sürpriz eşq iddiası təsdiqləndi

Türkiyənin ən reytinqli verilişlərindən olan "Bu tarz benim”dən  sürpriz bir eşq xəbəri yayılıb. Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, münsiflər heyətinin tanınmış siması – stilist Kemal Doğulu ilə proqramın aparıcısı Öykü Serter arasında sevgi münasibətinin olması bir müddətdir ki, iddia edilirdi. İddiaların təsdiqi isə özünü çox gözlətmədi. K.Doğulu sosial şəbəkədəki hesabından paylaşdığı şəkillərlə mövzuya nöqtə qoydu. Ö. Serterlə səmimi pozada şəklinin altına isə bu sözləri yazdı: "Sahiblənən erkək tutuquşu. Demək ki, sevirəm”.

Eyni şəkli öz səhifəsində paylaşan aparıcı xanım isə "İşte o an” yazısıyla sevgi təsdiqinin altına imzasını atdı.