adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Yanvar 2015 15:23
8175
MƏMLƏKƏT
A- A+

Fərid Əhmədov Azərbaycan Universitetinə rektor təyin edildi

Azərbaycan Universitetində rektor dəyişikliyi olub. 

Adalet.az xəbər verir ki, rektor Eldar Qəhrəmanov vəzifəsindən azad edilib və həmin universitetdə kafedra müdiri təyin olunub. Onun yerinə Fərid Əhmədov yeni rektor təyin olunub. 


35 yaşlı yeni rektor Oksford Universitetini bitirib. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, "ADA” Universitetində müəllim kimi fəaliyyət göstərib.

Kadr dəyişikliyini universitetdən əstiqləyiblər.

Azərbaycan Universiteti Azərbaycan Respublikasında təsis olunan ilk özəl universitetdir. Universitet 1991-ci ildən fəaliyyətdədir. Universitet Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli  qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı  dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib.