adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ateistlər möminlərdən daha cəsarətlidirlər?!

ŞƏFİQƏ ŞƏFA
29958 | 2015-01-27 13:42

Ateist –dünyanın bütün dinlərində insanların, xüsusilə möminlərin qəbul etmədiyi şəxsdir.Tarix boyu təqiblərə məruz qalıb, daş-qalaq olunublar. Düzdür, onlarınardıcılları da,  bütün bunlarabaxmayaraq, heç də az olmayıb. Həmişə gizli-aşkar ateistləri, onlarınideyalarını dəstəkləyən, yayan, yaşadan davamçıları tapılıb. Hər halda, dünyada 1 milyard ateistin olması belə deməyə əsas verir. O da maraqlıdırki, təqiblərə, tənələrə baxmayaraq, dünyanın ən öndə olan alimləri, ədibləri,siyasətçilərinin əksəriyyəti də ateistlər olub. Hərə öz baxış açısına görə bunuizah edə bilər. Amma mənə, görə bəlkə də hər kəsdə olmayan cəsarətləri onlarızirvəyə qalxmağa kömək edib. Hər halda gəmidə oturub gəmiçiylə dava eləmək hərkişinin işi deyil, sonunun boğulmaq, ya da ən azından açıq dənizdə təkbaşınaqalmaq qorxusunun olduğunu bilə-bilə "yumruğunu işə salmaq” həqiqətən də, böyükcəsarət tələb edir.



Məsələn, bu gün məni yazmağa vadar edən bir məsələyətoxunum: Yunanıstanda keçirilmiş parlament seçkilərinin andiçmə mərasimidünyanın diqqətini yenidən ateistlərə yönəldib. Qələbə qazanmış"Siriza" partiyasının lideri Aleksis Çipras Yunanıstan Baş naziriolaraq ənənəvi andiçmə qaydalarını pozub. Ateist Çipras Afinanın PrezidentSarayında təşkil edilən andiçmə mərasimində sadəcə siyasi and içib. Halbuki ölkəsinin150 ildən sonra ən gənc Baş naziri şərəfinə nail olmuş Aleksis Çipras ənənəviqanunlara əsasən İncilə əl basaraq and içməli idi.

Yeni Baş nazir güman ki, hətta əminəm ki, bu nöqtəyəgəlməsini sırf insani bacarıqla taclandırıb – öz bacarığı və ona inananlarındəstəyi! Tanrının açdığı yolu da, olsa-olsa fortunanın hədiyyəsi adlandırıb.Amma fortuna pərdəsinin arxasındakı idarəçini görmək üçün bəsirət gözünülehimləyib.

Sırf mənəqalsa, ateistləri həmişə "Allahdan incimişlər” hesab etmişəm. Heç kəs durduğuyerdə ateist olmur. Ateistlik sonradan yaranır – ya ərköyünlükdən, ya da kimsəsizlikdən.Yəni, ya atanın şımartdığı, istədiyini verdiyi övlad Allahdan da hər istəyiniyerinə yetirməsini gözləyir (və ya tələb edir), əks təqdirdə Tanrıya "təpik atır”.Ya da atasız uşaq bütün mehrini ilahi Ataya saldığı üçün onun imtahanlarını vəsəbir yoxlanışını doğru anlamadığından sevilmədiyini hesab edib ondan üz döndərir.Əslində ateistlər Allaha inamın nə olduğunu möminlərdən daha yaxşı anlayırlar.Məşhur ateist Volter "Allah olmasaydı belə, insanlar onu özlərindənuydurardılar”, - deməsi buna ən yaxşı sübutdur. Çünki Ali Qüvvəni sevmək, ondanqorxmaq, ona itaət etmək duyğusu, əslində psixolojidir, məhz insanın özünün buhəyatda güvənli yaşamına hesablanmış bir şeydir. Qəlbində Allah sevgisi və xofuolan bəndə, məlum məsələdir ki, həm pis əməllərdən uzaq olur, həm də daim onuqoruyan, hər cür bəlalardan hifz edən, hər addımda ona dayaq olan Tanrıya inam insanın"həyat sığortası” na çevrilir. Başqa sözlə, Allaha inam – həyata inamdır, güvəndir.

Amma sonadək özümdənvə mənim kimi düşünənlərdən danışmaq  niyyətindədeyiləm. Əvvələ qayıdıram  - mövzuateistlərdir. Daha doğrusu, onların bəzən möminlərdən daha cəsarətli və iddialıolmasıdır.  Mənə təsiredən ateist nazirin heç nəyə və heç kəsə əhəmiyyət vermədən, cəsarətinə tozqondurmadan öz bildiyini oxuması oldu. Baş nazirin sələfi Nitsşe demiş: "Azadlıq nədir? Düşündüklərinə görə heç kiminqarşısında utanmamaq”. O da utanmadan-çəkinmədən öz bildiyini elədi. Nəolursa-olsun, nə deyəcəklərsə desinlər o, öz inancına görə hərəkət etməliydi,etdi də. Göründüyü kimi, ateist olmaqla deyil, İNANC burda da öz sözünü deyir –bu inam Tanrıya deyil, insana olsa da! Bu, bir daha insanın inanc olmadanyaşamını sürdürməsinin mümkünsüzlüyünü təsdiqləyir.

Şəfiqə Şəfa 

TƏQVİM / ARXİV