İşin bu yerə gəlib çatacağını təxmin eləmişdim. Bilirdim ki, enində-sonunda bizim də öz Obamamız olacaq. Bizə də Azərbaycan camaatı deyərlər. Şeytana o qədər başmaq tikmişik ki... Barak Obamaya oxşar tapmaq onun yanında çox xırda məsələdi.
Lap düzünə qalanda Barak Obamadan bizdə niyə olmamalıydı ki? Sabitliyi bir qara qəpiyə dəyməyən, bircə zavod-fabriki işləməyən, əhalisinin yarıdan çoxu acından günorta duran hansısa bir ölkədə Obamaya oxşar tapılmışdısa, bizdə niyə olmamalıydı? Allaha şükür, sındırmağa qozumuz, cırmağa bezimiz var. Yol çəkirik? Çəkirik. Körpülərimizin üstündə maşınlar o yana, bu yana gedir? Gedir. Zavod-fabriklərimizin bacasından tüstü qalxır? Qalxır. Müğənnilərimizin sayı əsgərlərimizin sayına çatıb? Çatıb. Deməli, Barak Obamadan bizdə də olmalı idi. Burda təəccüblənməyə nə var ki? Əgər Amerika Birləşmiş Ştatlarında qara dərili adam seçki qutusundan çıxıb ölkənin prezidenti seçilirsə, deməli Azərbaycanda onun oxşarını tapmaq qəribə hadisə sayılmamalıdı.
İndi başı iqtisadi böhranla mübarizəyə qarışan dünyanın heç bir yerində "Alma-almaya bənzər" atalar məsələsinə rast gəlmək olmaz. Amma biz bununla bağlı bədii film də çəkmişik. Deməli, ABŞ prezidentinə oxşar tapmaq elə bizə yaraşır. Bu işin sonunda bir xeyir də var. Nəsə ürəyimə damıb ki, Barak Obamanın bizdə oxşarının tapılması işlərimizin daha rəvan getməsinə kömək edəcək. Corc Buş iki müddətə ABŞ prezidenti vəzifəsində işlədi, səkkiz milyonluq azərbaycanlılardan birini də ona oxşada bilmədik. Ona görə də bəzi problemlərimiz həll olunmamış qaldı.
Şükür Allaha ki, bu məsələni də həll etdik. Qəbələli rəssam Asif qanımızın arasına girdi. Zalım elə bil Barak Obamadıki durub. Asif ixtisasca rəssam olduğundan oxşamayan bəzi yerlərini də özü düzüb- qoşa bilər.
Tarixdən oxumuşuq ki, prezidentlər bəzən tədbirlərə öz oxşarlarını göndərir, onlardan istifadə etməyi bacarırlar. Rəhmətlik Səddam Hüseynin bir "KAMAZ" oxşarı vardı. İraq camaatı hələ də inanır ki, Corc Buşun asdırdığı adam Səddamın özü deyil, onun oxşarıdı. Əsil Səddam Hüseyn nə vaxtsa gəlib camaatı əli silahlı ABŞ əsgərlərinin əlindən alacaq. Əsil Barak Obama ağılı adama oxşayır. Köhnə bazara təzə adət gətirməz. Yəqin ki, lazım gələndə o da oxşarlarından istifadə edəcək. Qəbələli Asif də ağıllı adamdı, fürsəti boşa verməz. Nə bilmək olar, bir də gördük ki, ABŞ prezidenti Barak Obama hansısa bir tədbirdə ermənilərin atasını yandıran bir söz işlətdi və ya Yerəvanı alıb qaytardı bizə...
Dünən Barak Obama hansısa bir tədbirdə odlu-alovlu çıxış edirdi. Bu bizim qəbələli Asif olmaya?