adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Yanvar 2015 11:25
3728
ƏDƏBİYYAT
A- A+

Qahirə kitab sərgisində Azərbaycan-Misir ədədbiyyatı müzakirə edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) 46-cı Beynəlxalq Qahirə kitab sərgisində iştirak edən əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər.

Misir Milli Tərcümə Mərkəzində baş tutan görüş zamanı Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı Ə.Muğnisə məlumat verilib və mərkəzin bu günə qədər ərəb ədəbiyyatından edilən tərcümələri, eləcə də kataloqu təqdim edilib.

Görüşdə Azərbaycanda ərəb ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışılıb. Qeyd olunub ki, hazırda mərkəzdə Misir ədəbiyyatının görkəmli yazıçısı Nəcib Məhfuzun "Yol” və "Miramar” romanları və hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Tofiq əl-Həkim, Mahmud Teymur və s. kimi yazıçıların da yaradıcılığının tərcümnəsi nəzərdə tutulur. 

Daha sonra Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı Misir Milli Tərcümə Mərkəzinin direktoru Ə.Muğis fikirlərini bölüşüb. Bildirib ki, 46-cı Qahirə kitab sərgisinə Azərbaycan təmsilçisi kimi məhz Tərcümə Mərkəzinin qatılması qurumun kitaba, nəşr sənətinə və tərcümə sahəsində gördüyü və planlaşdırdığı işlərə yüksək diqqət və qayğının göstəricisidir. Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsi, nəşri və yayımı məsələsində əsas olan yazarların müəlliflik hüququnun Misir Milli Tərcümə Mərkəzinə verilməsidir. Bundan başqa, Misirin və Azərbaycanın nəşr edəcəyi kitabların xüsusi nəşriyyat nişanları ilə çapı da vacib məsələdir, çünki belə olduqda birgə layihə kimi hər iki ölkədə eyni dərəcədə hüquqlara sahib ola və kitabların yayımı ilə məşğul olmaq mümkündür.