Səhər evdən çıxanda, daha doğrusu çıxmaq istəyəndə arxadan gələn səs məni bir anlıq ləngiməyə məcbur etdi. Evin xanımı özünəməxsus şəkildə, guya sözgəlişi dedi:
- Tay, bayrama nə qaldı. İmkanlaşdır qozdan, fındıqdan ucuzkən bir az al, tullayaq uşaqların gözündən kənar bir yerə. Bayramqabağı bahalaşacaq, sonra da almağa gücümüz çatmayacaq.
- Yaxşı - dedim. Amma bu "yaxşı"nı elə dedim ki, deməsəydim ondan yaxşıydı. Elə bil hansısa ağır bir yük altından canımı qutarırdım. Sözün deyiliş forması hiss etdim ki, xanımın xoşuna gəlmədi. Amma o da üzə vurmadı. Onsuz da xasiyyətimə bələd idi. Bilirdi ki, "yaxşı" dedimssə gec-tez nəsə yaxşı olacaq. Sadəcə, dözmək, səbirli olmaq lazımdı. Elə o da bu cür də etdi. Həyət qapısını açdı, sağollaşıb üz tutdum "Azərbaycan" nəşriyyatına.
Yol boyu yanımdan ötüb-keçən maşınların səsi mənə qoz-fındıq şıqqıltısını xatırladırdı. Nəşriyyatın qarşısında ilk salamlaşdığım İlyas Ərnəfəs də ayağının burnu ilə nəşriyyatın pilləkələrinə düşmüş balaca daş parçasını vurub üzüaşağı atanda elə bildim ki, o da qoz-fındıq təpikləyir. Ona görə liftə qədər fikrimdə ancaq qoz-fındıq qaldı. Əslində isə dünəndən başqa bir mövzu fikirləşmişdim. Nə qədər elədim qoz-fındığın şıqqıltısı imkan vermədi ki, mövzunu xatırlayım və məcbur olub elə sübh tezdən məni qoz havasında, yəni "qoz şıqqıltısına" yazımı bilgisayara diqtə etdim.
Bəli, bu gün məmləkətimizdə istənilən havaya qol qaldırmaq mümkündür. Və havaların da sifarişçisi indi daha çox iqtisadi durumdu. Yəni əllə-cib bir-biri ilə dil tapırsa, sümüyün şırtığa gedir. Yox, əgər arada bir balaca inciklik varsa onda da qanadı sınmış kimi oynayırsan. Yox, bir də yox, ümumiyyətlə əllə cib küsülüdüsə onda mütləq tərcüməçi lazımdı. Əslində, tərcüməçi də lazım deyil e, çünki o nəyi tərcümə edəcək ki? Lazım olan borc-xərc sabunlu, sürüşkən iki metr kapron kəndir tapmaqdı. Bunnan da məsələ həll olunur, qəzetçilər də yazırlar ki, filankəsov filankəs özünü naməlum səbəbdən filan yerdən asaraq intihar edib. Məşhur filmimizdə deyildiyi kimi, "vəssəlam, şüttamam".
Hə, deməli oturub kompüterin klavyaturası ilə piano çalan kimi oynayan Vüsalə xanımın yanında başlayıram qozdan-fındıqdan da danışmağa və öz-özlüyümdə hesablayıram. Evə papaq atan uşaqlar üçün ən azı 1 kiloqram qoz, 1 kilo fındıq, 3 kilo alma, 1 kilo qarışıq şirniyyat, 1 kilo da peçenni, 1 kilo da müxtəlif un məmulatları. Bunu orta hesabla gəirib çıxartdım 50 manata. Düzdür, mən qiymətlərin ən aşağı həddini nəzərdə tuturam. Qayıdıram, indi evin süfrəsinə, yəni... ailə üçün, gəlib müsafir olacaq insanlar üçün ayrıca bir bazarlığa. Bunun da hərəsini yarım kilodan, amma nisbətən orta qiymətə (məni ayrıseçkilikdə qınamayın. Bu zamanın diqtəsidi). Sonra görürəm bu da elədi azı 50 manat. Və ən vacibi bir oğul, bir qaradş olaraq, haqqı boynumda olan doğmaların süfrələrini, uşaqlarını gözümün qarşısına gətirirəm. Çünki bu ailələrin bəziləri başçısını itirib, bəziləri də iş yerini. Deməli, baramağın heç olmasa 2-ni birdən qatlamaq lazım gəlir...
Hə, indi özünüz bu xardı riyazi əməliyyatı kağızsız-qələmsiz bir yerə toplayın, amma nəticəni mənə deməyin. Onsuz da mən bildiyimi blirəm. Bilməsəm də qoz-fındıqın şıqqıltısı özü-özlüyündə mənə hər şeyi deyəcək. Və bu şıqqıltı da günü-gündən lap yaxınlaşır. Çünki çərşənbənin biri artıq arxada qalıb.
Bəlkə də kiməsə xoş gəlmədi və mənə irad tutdu, dedi ki, gücün çatmırsa ayağını yorğanına görə uzat. Qoz-fındığı yadından çıxart. Amma neyləyim mən nə qədər yadımdan çıxartsam da. qoz-fındığın özü və şıqqıltısı məni yadımdan çıxmır ki, çıxmır. Bəri başdan imkanlaşdırıb hamınızı təbrik edirəm. Bəlkə sonra bu şıqqıltıdan adım da yadımdan çıxdı.