adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Yanvar 2015 16:42
4184
DÜNYA
A- A+

3 türk Yunanıstan parlamentində

Yanvarın 25-də Yunanıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Adalet.az xəbər verir ki, hakim SYRİZA Partiyası 36.9 faiz səslə seçkidə qalib gəlib. Qalib partiyanın əsas rəqibi hesab olunan Yeni Demokratiya Partiyası 27.87 faiz səslə ikinci olub.

Seçkinin nəticələrinə əsasən, türk əsilli 3 şəxs də Yunanıstan parlamentində təmsil olunmaq hüququ qazanıb. Qalib gələn Ayhan Qarayusif, Hüseyn Zeybək və Mustafa Mustafa SYRİZA Partiyasının nümayəndələridir.

Qeyd edək ki, onların hər üçü ikinci dəfə parlamentdə təmsil olunmaq hüququ qazanıb. Ayhan Qarayusif və Hüseyn Zeybək 2012-ci ildə, Mustafa Mustafa isə 1996-cı ildə deputat mandatı əldə edib

Sahib Əsədbəyli