adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2015 13:24
6227
ƏDƏBİYYAT
A- A+

“Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri” mövzusunda keçiriləcək

Yanvarın 28-də saat 10:30- da AMEA Nizami adına Ədəbiyyat İnstitutunda (Elektron Zal) "Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri” mövzusunda müşavirə keçiriləcək.

Müşavirəni giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli açacaq. O, "Müstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı və vəzifələrimiz” mövzusunda çıxış edəcək.

Xalq yazıçısı Anarın çıxışından sonra Elnarə Akimovanın "Uşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi və müasir vəziyyəti”, AYB Uşaq bölməsinin rəhbəri Qəşəm Nəcəfzadənin "Azərbaycan Yazıçılar Birliyi və uşaq ədəbiyyatı məsələləri”, Aynur Xəlilovanın "Uşaq folkloru və müasirlik”, Nərgiz Cabbarlının "Müasir uşaq poeziyasının yaradıcılıq axtarışları”, Günay Qarayevanın "Çağdaş uşaq nəsri”, Aygün Bağırlının "Son illərin uşaq dramaturgiyası” mövzusunda məruzələri dinləniləcək.

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Vaqif Bəhmənlinin, uşaq yazıçılarından İlyas Tapdıq, Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Aygün Bünyadzadənin, uşaq nəşrləri rəhbərlərinin iştirakı da nəzərdə tutulur.