adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Yanvar 2015 15:35
7808
MƏDƏNİYYƏT
A- A+

Dünya klassikləri qazax orkestrində

Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən Manqistau vilayət filarmoniyasının orkestrinin Azərbaycana qastrol səfəri baş tutacaq. Adalet.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Manqistau vilayət filarmoniyasının yubileyi ilə əlaqədar səfər nazirliklə yanaşı Qazaxıstan Respublikası Manqistau vilayəti akimatlığının (qubernatorluğunun) dəstəyi ilə keçirilir. 

Qastrol iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, qardaş xalqların mədəniyyət və incəsənətinin təbliği və tanıdılması məqsədilə həyata keçiriləcək. 60 nəfərdən ibarət orkestrinin Bakı şəhərinə səfəri zamanı yanvarın 28-də 2015-ci il tarixində Azərbaycan Dövlət Filormoniyasında konsert təşkil olunacaq.

Konsert zamanı qazax milli musiqisi və milli alətlərin ifaları, azərbaycan, qazax və dünya klassik musiqiləri səsləndiriləcək.