adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

«TÜRKİYƏ YOXDU, MƏN BURDAYAM!»

AQİL ABBAS
95041 | 2015-01-26 15:00

MöhtərəmPrezidentimizin ötən ilin aprelin 24-dəPraqada məlum sammitdə Ermənistan prezidenti Serj Sərkisyana dediyi bu sözlər,türklər demiş, bir «Osmanlı tokatıydı». Möhtərəm Prezidentimizin bu sözləriartıq Türkiyədə və Azərbaycanda deyil, Türk dövlətlərində də, Avropada da biratalar sözünə, zərb-məsələyə çevrilib: «Türkiyə yoxdu, mən burdayam!»

Atatürkünməşhur kəlamını xatırlamaq yerinə düşər: «Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir». Türkiyənin də sevinci bizim sevincimiz, kədəri bizimkədərimizdi. Türkiyəyə atılan hər hansı güllə bizə atılmış sayılır, bizəatılmış güllə də Türkiyəyə. İki qardaş kürək-kürəyə vermişik və az qala böyükbir türk düşmənlərinə qarşı mübarizə aparırıq. Və bu mübarizədə də qələbəbizimdi.

Bu ayınortalarında möhtərəmPrezidentimizin Türkiyəyə rəsmisəfəri zamanı düşmən bağrı partladan o möhtəşəmqarşılanma törəni də adi protokoldan qarşılanma törəni deyildi. Türkiyənin Azərbaycana və onun möhtərəm Prezidentinə fərqli vəxüsusi sevgisinin nümayişi idi.

İnşallah,daha bir düşmən bağrı partladan törəni də aprelin 24-də Çanaqqala zəfərinin100-cü ildönümündə Çanaqqalada görəcəyik. Sayın Ərdoğanla möhtərəmPrezidentimizin həmin o möhtəşəm törəndəqol-qola ön sırada getdiyini görəndə.

Və həmin gündünya dövlətlərinin kimin haqqın-ədalətin – bizim, kimin Ermənistanın yanındaolduğunu da görəcəyik.

Gələkmətləbə. Bu yazını qələmə almaqda məqsədim çox incə bir mətləbə toxunmaqdır.«Türkiyə yoxdur, mən burdayam!» Bizbunun möhtərəm Prezidentimizin Almaniya səfərində də bir daha şahidiolduq. Möhtərəm Prezidentimizin Almaniyasəfərində xanım Merkellə görüşündəniki-üç gün sonra almanlar erməniləri şoka saldılar. Almaniya Bundestaqıermənilərin «uydurma soyqırım» iddiasınıelə «Osmanlı tokatı» kimi qaytarıb çırpdılar ermənilərin sifətinə. Dedilər ki,əvvəla, BMT-nin «soyqırımla» bağlı qəbul etdiyi qərar geriyə şamil olunmur, bubir. İkincisi də ki, bu tarixçilərinişidi, bu da iki. Üçüncüsü də gediniz…

Bu təkcəTürkiyənin deyil, həmişə Türkiyənin yanında olan Azərbaycanın və onun möhtərəmPrezidenti İlham Əliyevin apardığı müdrik siyasətin bir nəticəsidir. Bəli,yanvarın 21-də həmin görüşdə, daha doğrusu, pərdəarxası görüşdə yenə Türkiyə yox idi, amma İlham Əliyevordaydı.

«Türkiyəyoxdu, mən burdayam!»


TƏQVİM / ARXİV