adalet.az header logo
  • Bakı 18°C
26 Yanvar 2015 14:10
7873
MƏDƏNİYYƏT
A- A+

İslam Rzayevin anım günüdür

Bu gün Azərbaycanın Xalq artisti İslam Rzayevin anım günüdür.

Adalet.az xəbər verir ki, İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb, Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını öyrənib, həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.

İ.Rzayev bir sıra  məşhur mahnılar da bəstələyib.  "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları daha çox populyarlıq qazanıb.

İ.Rzayev 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb, 120-yə yaxın gənc ifaçı yetişdirib.

O, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunub.