adalet.az header logo
  • Bakı 12°C
26 Yanvar 2015 14:11
3836
KRİMİNAL
A- A+

DİN maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Masallı rayonunda maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yayıb.Adalet.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də saat 03 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində İlqar Məmmədovun yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxs onu və arvadı Qərənfili tapança ilə hədələyərək küt alətlə xəsarət yetirib və oradan qızıl əşyalar aparıb.

Faktla bağlı araşdırma aparılır.