Rikelme futboldan getdi
Argentina millisinin tanınmış futbolçusu Xuan Roman Rikelme futbolla vidalaşıb.
Adalet.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi karyerasını başa vurduğunu rəsmən açıqlayıb. Onun son klubu Buenos-Ayresi təmsil edən "Argentinos Xuniors" olub.
Qeyd edək ki, o, İspaniyanın "Vilyareal" (2003-2007) və "Barselona" (2002-2003) klublarında oynayıb. Argentina millisində isə milli 51 dəfə meydana çıxıb və 17 qola imza atıb.
Digər Xəbərlər
18 Aprel 2024 18:45