adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Yanvar 2015 13:19
2303
MƏMLƏKƏT
A- A+

Gənc məzunların ictimai fəaliyyət imkanları genişləndirilir

Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi” Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyinin dəstəyi ilə  Beyləqan, İmişli rayonlarında " "Gənc məzunların təhsildən sonrakı ictimai fəaliyyətinin stimullaşdırılması” mövzusunda tədbir keçirib. Tədbiri açıq elan edən Etibar Əsədov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi  diqqət və qayğısı, bizi bu istiqamətdə daha da aktiv olmağa səfərbər  edir. Onun sözlərinə görə, son dövrlər ölkəmizin ictimai həyatında xeyli sayda yeni qanunvericlik normaları qəbul edilərək  formalaşıb: "Bu qanunvericilik normaları gənclərin daha yaxşı və hərtərəfli təmin olunmuş həyat tərzinin yaxşılaşmasına yönəlmişdir. Gənclərin hərtərəfli inkişafı və stimullaşdırılmasına yönəlmiş yeni qanunlar qəbul edilmişdir. Yaxın illərdə gənclərin, yeniyetmələrin inkişafı haqqında, gənclər siyasəti haqqında, təhsil haqqında, qanunlar qəbul edilmişdir”. 

E.Əsədov bildirib ki, regionlarda İşsiz məzunların informasiya bankının yaradılması – onların inisialları, təhsili, ixtisasları, bacardığı digər işlər və s. haqqında ətraflı məlumatları özündə toplayan işsiz qalan gənc məzunların elektron statistikasının aparılması və onların geniş spektrdə PR işinin qurulması gənclərin fəaliyyətinin effektiv qurulması üçün daha çox ehtiyac duyulan məsələlərdir: "Regionlarda Mövcud istedadlı gənclər kapitalı informasiya texnologiyaları vasitəsilə davamlı şəkildə geniş təbliğ olunmalıdır. Sahibkarlar, iş adamları  potensiallı gənclərin imkanlarından istifadə etməlidirlər”.

Lahiyənin eksperti Dadaş Əhmədov bildirib ki, passiv vəziyyətdə olan məzunların elektron informasiya texnologiyalarından istifadə etməklə işçi mühitə transformasiyası işinin qurulması gənclər siyasətinə öz effektiv töhfəsini verər: "Cəmiyyət həyatında passiv vəziyyətdə olan, işsiz qalan məzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təöşkilatlar, sahibkarlar, KİV-lə əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarının reallaşdırılmasına, iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlar haqqında cəmiyyətdə geniş məlumatların formalaşmasına səbəb ola bilər”.

Tədbirdə çıxış edən digər natiqlər  gənc məzunların təhsildən sonrakı həyatının elektron izlənilməsi və problemlərinin elektron idarəedilməsi praktikası artırılması, təhsildən sonra təyinatın və planlaşdırmanın az mövcud olduğu bir vaxtda məzunların təhsildən sonra professional fəaliyyətlərini müəyyənləşdirməyə, iş tapmağa, XXI əsrin yeni yaradıcı ixtisaslarına yiyələnməyə, ixtisaslarını artırmağa, təkrar təhsil almağa, özünü təkmilləşdirməyə dəstək olmağın zəruriliyini bildiriblər.

Qeyd olunub ki, gənclərin öz imkan və bacarıqlarını təqdim etməsi üçün dövlət və özəl təşkilatlar, sahibkarlar, biznesmenlərlə işsiz məzunlar arasında effektiv informasiya texnologiyalarından istifadə etməklə tanışlıq modeli qurulmalıdır: "Cəmiyyət həyatında passiv vəziyyətdə  olan, işsiz qalan məzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təşkilatlar, sahibkarlar, KİV-lə  əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarının reallaşdırılmasına, iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlar haqqında cəmiyyətdə geniş məlumatların formalaşmasına səbəb ola bilər. Passiv vəziyyətdə olan məzunların elektron informasiya texnologiyalardan istifadə etməklə işçi mühitə transformasiyası işinin qurulması gənclər siyasətinə öz effektiv töhfəsini verə bilər”.