adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2015 13:17
2035
GÜNDƏM
A- A+

Ombudsmanın nümayəndələri Lamiyə Quliyeva ilə görüşüblər

Ombudsman Aparatının Milli Preventiv Qrupun (MPQ) üzvləriƏdliyyə NazirliyiPenitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində araşdırma aparıblar.

Ombudsman Aparatından verilən məlumata görə, MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.


Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. L.Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.

Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə,L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.

Qeyd olunub ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.

apa