adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Yanvar 2015 12:49
25238
AVTOMABİL
A- A+

Sürücülük sənəti tarixə gömülür

Belə getsə, yaxın illərdə sürücülərə ehtiyac qalmayacaq. Son illərdə sürücüsüz avtomobillər hazırlanması üçün ayrı-ayrı avtomobil şirkətləri bu istiqamətdə işləyirlər. Tanınmış  avtomobil istehsalçısından biri olan "AUDİ” artıq gələn ildən sürücüsüz avtomobil istehsal etməyə planlaşdırır.

AUDİ mühəndisləri tərəfindən hazırlanmış "A7 Sportback” modeli sürücüsüz olaraq ABŞ-ın California Stanford ştatından Las Veqas qədər, yəni 900 kilometr hərəkət edib.

Sınaq edilən avtomobilin arxasında, önündə sağında və solunda yerləşdirilən sensorlar 360 dərəcə avtomobilin yanlarını, ön və arxa kameralar isə avtomobilin yolla əlaqəsini təmin edir. "AUDİ” nin bu modeli özü sərbəst avtomobili tormozlaya, hərəkət zolağını dəyişdirə və bir sözlə sürücüsü olan avtomobilin etdiyi bütün hərəkətləri edir