adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Yanvar 2015 12:27
1951
MƏMLƏKƏT
A- A+

Ekspert həyəcan təbili çaldı

Hərbi espert Üzeyir Cəfərov "facebook" hesabında cəbhədə baş verən son hadisələr haqda yazıb

Adalet.az xəbər verir ki, vəziyyətin kifayət qədər ciddi olduğunu vurğulayan ekspert əməli tədbirlər görməyin zəruriliyinə diqqət çəkib.

"Son günlər cəbhənin ayrı-ayrı bölgələrindən heç də xoş olmayan xəbərlər gəlir. Erməni silahlı bölmələri artıq adi silahlardan deyil, iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə mövqelərimizi atəş altında saxlayırlar. Aydındır ki, bizim ön xəttdə dayanan əsgər və zabitlərimiz düşmənə layiq olduqları cavabı verirlər.
Bu gün tamam başqa bir məsələyə toxunmaq istərdim. Məsələ o qədər ciddidir ki, istərdim ki, Müdafiə Nazirliyinin rəhbərliyi yerlərdəki komandirlərdən tələbkarlığı artırsın və düşmən fürsətdən istifadə edib şəxsi heyətə xətər toxundurmasın. 

Gənclərimiz ola bilsin ki, xatırlamasınlar. Amma mən yaşda, keçmiş SSRİ dönəmində ali təhsil almış dostlarımız sovetlər dönəminin sabiq birinci katiblərindən olan İosif Stalinin 1930-cu ildə dərc edilmiş "Müvəffəqiyyətdən başgicəllənmə..." adlı bir məhşur yazısını yəqin ki yaxşı xatırlayarlar. Çünki, o əsəri biz hamımız oxuyub və o fəndən hətta imtahan verənlər də olub. Necə deyərlər sözümün canı var.
Bu gün bizim Müdafiə Nazirliyinin, konkret olaraq rəhbərliyin həyata keçirdiyi işlər cəmiyyətdə bir qədər ruh yüksəkliyi yaratsa da, biz dəfələrlə qeyd etmişik ki, qətiyyən arxayınlaşmaq olmaz. Son vaxtlar şəxsən məni ciddi sürətdə narahat edən bir sıra məsələr var ki, onlar böyük narahatçılıq doğurur. Deyəsən, ən çox qorxduğum o məşhur "Müvəffəqiyyətdən başgicələnmə.." məsələsi bizim bəzi hərbi hissə və birləşmələrimizin komandirlərinə son dərəcə arxayınlıq yaradıb axı. İndi bizim mətbuat baş verənlər və bəzi problemlər haqqında geniş yazmır deyə, bu o demək deyil ki, arxayınlaşmaq olar. Özü də, biz az qala hər gün Ermənistanın həyasız rəhbərliyinin ardıkəsilməyən hədyanlarını eşitdiyimiz, cəbhədə atəşkəs rejiminin pozulması haqqında intensiv xəbərlər aldığımız bir vaxtda baş verənlər çox ciddi narahatçılığa səbəb olmalıdır".