adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Yanvar 2015 12:26
2264
SİYASƏT
A- A+

Avropa Parlamentinin qarşısında Xocalı mitinqi keçiriləcək

26 fevral Xocalı soyqırımının ildönümü ərəfəsində Belçikada, Avropa Parlamentinin binası qarşısında mitinq keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi verib. Bildirib ki, etiraz aksiyası rəhbərlik etdiyi cəmiyyət və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Ayhan Dəmirçi bildirib ki, fevralın 20-nə nəzərdə tutulan mitinqə icazə verilməsi və iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə Belçikanın müvafiq dövlət qurumlarına müraciət ediləcək: "Aksiya zamanı Xocalı soyqırımının günahkarlarının cəzalandırılması, bu soyqırımın beynəlxalq aləm tərəfindən tanınması ilə bağlı şüarlar səsləndiriləcək”. Cəmiyyət sədri deyib ki, fevralın 21-də isə Brüsseldə Xocalı soyqırımına həsr olunmuş sərgi və toplantı keçiriləcək.