adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Yanvar 2015 11:48
1899
GÜNDƏM
A- A+

Nazir yollara xərclənən puldan danışdı

"Müasir dünyada iqtisadi əlaqələrin inkişafı üçün xüsusən avtomobil yollarının yüksək səviyyədə qurulması vacibdir”. Bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib. O qeyd edib ki, Azərbaycanda avtomobil yolları infrastrukturu sürətlə inkişaf edir: "Son illər ərzində həm yükdaşımaların, həm də sərnişindaşımaların daşınması artıb”.

Nazirin sözlərinə görə, 2004-cü ildə nəqliyyat-yol infrastrukturuna 2.5 milyard manat investisiya yatırılıb: "Bunun da 1.9 milyard manatı avtomobil yollarına yönəldilib. Ölkədə yeni yolların tikintisi daima diqqət mərkəzindədir”.

Z. Məmmədov onu da vurğulayıb ki, avtonəqliyyat daşımalarının sayının artması ölkədə avtomobil yollarının tikintisinin sürətlənməsinə səbəb olub: "Son 10 ildə Azərbaycanda 300 körpü tikilib”-deyə, nazir əlavə edib.