adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Yanvar 2015 10:10
1424
HADİSƏ
A- A+

Bakıda köşk yandı

Bakıda meyvə-tərəvəz köşkü yanıb.

Adalet.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan meyvə-tərəvəz köşkünün dam örüyünün yanar konstruksiyaları, bitişik taxtadan tikilmiş 6 kv.m olan tikili və 1 ədəd quraşdırılmış qaz sayğacının yanar hissələri yanıb.

Bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.