adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Yanvar 2015 10:05
3172
SİYASƏT
A- A+

NATO-dan Dağlıq Qarabağ açıqlaması

 NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır.

Adalet.az xəbər verir ki, bunu Trend-əNATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib:"Düşünmürəm ki, NATO-nun müəyyən rolu prosesi irəli aparmağa kömək edə bilər, lakin alyans münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

C. Appaturayın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinə ən yüksək səviyyədə beynəlxalq diqqət göstərilir:"Xüsusi nəzərə almaq lazımdır ki, bu yaxınlarda Fransa Prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb".

O qeyd edib ki, 20 il ərzində danışıqlarda ABŞ, Fransa, Rusiyanın həmsədrliyi ilə Minsk qrupu və bu ölkələr daim iştirak ediblər.