adalet.az header logo
  • Bakı 18°C
23 Yanvar 2015 23:35
4131
ƏDƏBİYYAT
A- A+

Füzulinin qəzəlləri Polşada çap edildi

Polşada Azərbaycanın tanıdılması məqsədilə silsilə tədbirlər görülür. 


Azərbaycanın Polşadakı səfirliyindən Adalet.az-a verilən xəbərə görə, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə səfirlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, Ədəbiyyatı, İncəsənəti, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab artıq nəşr olunub.

 

Bununla əlaqədar, "Azərbaycan Ədəbiyyatı” seriyasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Qəzəlləri adlı kitab səfirliyin Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilib.