Unikal klaviatura
ABŞ-ın Corciya Texnologiya İnstitutunda çalışan alimlərin Kaliforniya Universiteti və Çinin Elmlər Akademiyasındakı həmkarlarla birgə yaratdığı klaviatura elektrik enerjisi hasil edir, sahibinin kompüterini icazə olunmamış girişdən qoruyur, həmçinin çirki kənarlaşdırmaq imkanına malikdir. Qeyri-adi qurğuya həsr edilmiş məqalə "ACS Nano" jurnalında dərc edilib.
Bildirilir ki, klaviatura daxili ötürücülərin köməyilə öz daimi istifadəçisini təyin etmək imkanına malikdir. Belə ki, tədqiqatçılar hesab edirlər ki, hər bir istifadəçinin çap tərzi kifayət qədər unikaldır.
Təhlil nəticəsində toplanılmış məlumatlar qurğuya icazə olunmamış giriş edilməsinin qarşısını almağa imkan verir. Klaviaturadan cinayətkar istifadə etdikdə, onun sahibi xüsusi siqnalla bu haqda bildiriş alacaq. Nəticədə klaviaturanın sahibi olmadığı müddətdə yığılmış bütün mətni bərpa edəcək.
Qeyri-adi klaviatura, həmçinin düymələrin sıxılmasından yaranan mexaniki enerjini elektrik enerjisinə çevirməyə imkan verir. Məqaləyə əsasən, dəqiqədə 100 simvol çap sürəti ilə başqa cihazları enerji ilə doldurmaq olar.
Digər Xəbərlər
23 Aprel 2024 19:13
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
22 Aprel 2024 18:05Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı
20 Aprel 2024 17:57"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17 Aprel 2024 21:00