adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Yanvar 2015 18:43
4175
ƏDƏBİYYAT
A- A+

AMEA-da “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda "Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb. Folklor İnstitutundan Adalet.az-a verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib. 

Şöbənin yaradılmasında əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.