adalet.az header logo
  • Bakı 16°C
23 Yanvar 2015 10:17
8167
TEXNOLOGİYA
A- A+

İnternet pulsuz oldu - Qanada

Facebook pulsuz internet xidmətini genişləndirib.

Ötən ildən başayan "İnternet.org" layihəsi artıq inkişaf etməmiş ölkələr üçün xidmət göstərməyə başlayıb. 

Facebookun təqdim etdiyi pulsuz internet ilk olaraq ötən il Zambiyada istifadəyə verilmişdi. Mark Zukerberq bu gün pulsuz internet xidmətinin Qanada təqdim olunduğunu açıqlayıb.

Ölkədəki mobil operator ilə razılaşan şirkət təhsil, səhiyyə, iş və ünsiyyət üçün lazım olan əsas saytlara pulsuz giriş imkanı təqdim edəcək.

Qana əhalisinin hazırda yalnız 12%-nin internetə qoşulduğunu deyən Mark Internet.org-un istifadəyə verilməsindən sonra bu rəqəmin daha da artacağına ümid etdiyini söyləyib. 

Qeyd edək ki, Qana Internet.org xidmətinin istifadə verildiyi beşinci ölkədir. Qanadan əvvəl isə Zambiya, Tanzaniya, Keniya və Kolumbiyada bu xidmət istifadə verilib.