Söz vaxtına çəkər, ötən həftənin şənbə günü yazmışdım ki, dünyanın canını üzən iqtisadi böhran Bakıda "26-lar"ı saxlamağa imkan vermir. Doğrudan da bu dəqiqə vəziyyət çox gərgindir. 11 nəfərlik futbol komandasını saxlamağa pul tapmaq olmur, kim idi 26 nəfərlik Bakı Komissarını dolandıran? İqtisadi böhran ildırım sürətiylə irəli cumub. Elə "26-lar" abidəsini də bu sürətə uyğun sökdülər.
Lakin hesablamalarımız bir neçə mənada düz çıxmadı. Əvvəla, abidənin sökülməsi kompleksinin özündən də ağır söz-söhbət yaratdı. İndi də yalan olmasın, Bakı bir-birinə dəyib. Hamı barmaq hesabıyla abidə kompleksinin altından çıxan meyitlərin qalıqlarını sayır. Məlum olub ki, abidənin altındakılarla üstündəkilər düz gəlmir. Tarix və ədəbiyyat fənlərindən bildiyimiz kimi, 1918-ci ildə Ağcaqum çölündə qatar düz gedəndən sonra 26 nəfər Bakı Komissarı güllələnib. 1920-ci ildə onları qumun altından tapıb gətiriblər Bakıya və şəhərin düz mərkəzində basdırıblar. İndisə abidənin altında çatışmazlıq aşkarlanıb. Oradan çıxan meyitlərin qalıqlarını sayanda 23 alınır. Fərq göz qabağındadı. "26-lar" arasında adı həmişə birincilər sırasında çəkilən Stepan Şaumyanın yerin altında nə meyidinin qalığı var, nə də adı. Erməni köpəyuşağı necə aradan çıxıbsa indi də tapılmır. Erməni ki, erməni. Öz aramızdı, əclafların ölüsü də problem yaradır, dirisi də.
Necə deyərlər, "yeyintiyə" məruz qalan həmin üç komissarın qalıqlarını axtarıb tapmaq fikrim yoxdu. Kim axtarırsa "Axtaran tapar" devizinə inanıb işinə davam etsin. Bəlkə bəxti oyaq oldu, üç nəfəri də tapıb say məsələsini yerbəyer edə bildi.
Məni başqa məsələ narahat edir. İqtisadi böhran Nəsimini də "vurdu". O gün varlı adamlar kimi "Torqovı"da gəzmək fikrinə düşmüşdüm. Bir də baxıb gördüm ki, iqtisadi böhrandan əziyyət çəkən Nəsiminin heykəli yerində yoxdu, harasa gedib. Aradan neçə gün keçib, lakin heykəli gördüm deyən tapılmır. Büdcəmizdən pul alan hansı rəsmi qurumdan Nəsiminin heykəlini soruşursan dəqiq cavab vermir. Belə çıxır ki, heykəl özü çıxıb gəzə-gəzə haralarasa gedib. Nə vaxt qayıdacağı da məlum deyil.
Heykəlin ayağı da gecə-gündüz qazılır. Niyə qazıldığını da bilən yoxdu. Biri deyir ki, hündürmərtəbəli yaşayış binası tikiləcək, o biri deyir inanmıram, şairin ayağını tamam başqa məqsədlə qazıblar. Yerin altında avtomobil dayanacağı düzəldəcəklər. Həqiqətin kimin tərəfində olduğunu bilən yoxdu.
Mən başqa məsələdən narahatam, sözün açığı, bir qədər də qorxuram. Bir dəfə dərisi soyulan Nəsimiyə indi cinayət işi aça bilərlər. Dahi şairin məşhur bir beytinin müəllifinə problem yaradacağından narahatam.
Ey bülbülü- qüdsi, nə giriftari gəzirsən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə!
Ay rəhmətlik, nə fikirləşdiyindi? Dünyanın bu qarışıq zamanında qəfəsi sındırmaq, təzə gülüstan tələb etmək vaxtıdı? Cinayət Məcəlləsində iğtişaşa çağırışla bağlı o boyda maddə olduğundan xəbərin yoxdurmu? Belə sözə görə Qobustanda, Bayılda adamın başına elə oyun açarlar ki, Hələbdə baş verənlər yalan olar.
Dəqiq bilirəm ki, şairin heykəlini yazdığı həmin sözlərə görə götürüblər. Nəsiminin bəxti elə əvvəldən gətirməyib. Şair həmişə səhvlərin qurbanı olub. Ürəyində Allaha hədsiz sevgi gəzdirən Nəsimi Allahsız kimi Hələbdə dərisi soyulub. Bu dəfə də guya iğtişaşlara çağırış etdiyinə görə heykəlsiz qalacaq.
Yaxşı deyiblər ki, şairin gərək bəxti ola...