adalet.az header logo
  • Bakı 20°C
22 Yanvar 2015 18:06
26575
AVTOMABİL
A- A+

ABŞ istehsalı olan avtomobillər bahalaşdı

Bakıda "Cadillac” və "GMC” avtomobilləri bahalaşıb. Bu barədə fins.az-a "Great Motors Baku Center” şirkətinin marketinq meneceri İlqar Məhərrəmov bildirib. Onun sözlərinə görə, avtomobillərə tətbiq olunan aksiz vergisinin artılıması avtomobillərin  qiymətinə də təsir göstərib. Belə ki, "Cadillac” və "GMC” avtomobillərinin qiyməti 13-16% arasında bahalaşıb. Əvvəl 92 min manata satılan "GMC YUKON” indi 107 min manata satılır. 2015-ci il model "Cadillac Escalade” avtomobilinin qiyməti isə 109 min manatdan 124 min manata qədər bahalaşıb.