adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Yanvar 2015 17:52
6065
ŞOU-BİZNES
A- A+

Tünzalə Ağayeva yeni klipini təqdim etdi - Video

Əməkdar artist Tünzalə Ağayeva bu gün jurnalistlərlə görüş keçirib.

İfaçı sözləri şair, publisist Rəşad Məcidə, musiqisi isə özünə məxsus olan "Get” adlı mahnının klipini təqdim edib.

T.Ağayevanın sözlərinə görə, bəstəni Türkiyənin tanınmış gitara ifaçısı Özgür Abbakla birgə hazırlayıb:

"Klipi rejissor Fərhad Əli ekranlaşdırıb. Evimdə dəyərli yazıçı və şairlərimizin mənə hədiyyə etdikləri çoxlu kitablar var. Həmin kitablardan biri də hörmətli şairimiz Rəşad Məcidindir. Kitabda "Get” şeirini oxuyanda ilk misraları mənə çox təsir etdi. Rəşad Məcidin sözlərinə musiqi bəstələyib oxumaq mənim üçün böyük şərəfdir. Düşünürəm ki, onun şeirlərinə tez-tez müraciət edəcəyəm".

Mahnının sözlərinin müəllifi Rəşad Məcid isə çıxışında nəğməni bəyəndiyini bildirib:

"Tünzalə xanım mənim şeirdə ifadə etmək istədiyim ovqatı tuta bilib".

Qeyd edək ki, klipin prodüseri Yalçın Cabbarovdur. Sənətçinin imici üzərində stilistlər - Sərxan və Anar Ağakişiyev çalışıblar. Müğənninin geyimlərini isə modelyer Gülnarə Xəlilova