adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

...ƏSAS MƏSƏLƏ

BABƏK YUSİFOĞLU
35950 | 2015-01-21 01:47



Son dövrlər mətbuat səhifələrində Ukraynadakı proseslərdən, orada silahlı separatizmdən daha çox bəhs edilir. Əslində bu da anlaşılandır. Çünki postsovet məkanında baş verən bütün oxşar hadisələrin müəllifi və məqsədi eyni olduğu üçün belə siyasətin daha "qədim" qurbanı Azərbaycanda da həmin hadisələrə çox həssas münasibət vardır. Əlbəttə, etiraf etməliyik ki, Ukrayna hadisələrinin özü və dərsləri Bakıdan ötrü çox vacibdir.
Bundan başqa, Ukrayna hadisələri vaxtıyla Azərbaycanda, Gürcüstanda və Moldovada silahlı separatizmə susqun qalan, yaşanan faciələrə reaksiya verməyən Qərb üçün də bir "SOS" siqnalına çevrildi. Və bu da təbii idi. Gəzən təhlükə bir gün sənin də qapını döyəcək misalı bir gerçəyə dönüb. Belə ki, rus qoşunları artıq NATO-nun "burnun dibində"ki torpaqların işğalına başlayıb...g
Əlbəttə, Qərb, elə lap Birləşmiş Ştatlar, yaxud NATO belə insidentlərə görə, Rusiya kimi ölkə ilə müharibəyə girməz. Buna görə də onlar Rusiyanın iqtisadiyyatını çökdürüb Kremli yola gətirmək yolunu seçiblər. Düzdü, Rusiyanın yüksək çinli şəxsləri tətbiq edilən sanksiyaların onlara ciddi ziyan vurmadığını söyləyib psixoloji effekt yaratmağa çəhd edirlər. Təsəvvür edin ki, ölkənin vitse-baş naziri Roqozin Ağ Ev rəhbərinin sahibi Barak Obamanı təhqir edərərk "Tuzik"ə (itə) bənzətməklə hər şeyin yaxşı olduğu təsəvvürü yaratmağa cəhd edib. Amma o unudur ki, vəziyyət durmadan pisləşir və artıq dünənki məlumatlarda dolların 66 rublu ötdüyü bildirilir. Ey əyninə qərbin istehsal etdiyi bahalı kostyumunu geyinən "tovariş" Roqozin, yekə-yekə danışmaq asandı. Vəziyyətdən bəhs edin.
Ekspertlər bildirir ki, rublun daha kritik inflyasiyası hələ irəlidədir. Belə ki, mart-aprel ayında ərzaq məhsullarının astronomik yüksəlməsi proqnozlaşdırılır. Özü də qeyd etmək lazımdır ki, bu cür dəyərləndirmələr müstəqil ekspertlərlə yanaşı rəsmi şəxslərin açıqlamalarında da öz əksini tapmaqdadır. İqtisadi inkişaf nazirinin müavini Aleksey Vedevin sözlərinə görə, Rusiyada inflyasiyanın pik həddi mart-apreldə gözlənilir. "Məhz həmin dövrlərdə illik göstəricilərə görə qiymətlər 15-17 faiz artacaqdır". Əlbəttə, bu hələ hökumət nümayəndəsinin ifadə etdiyi rəsmi rəqəmlərdir. Şərhçilərsə bəlkə hesab edir ki, məmurlar bir qayda olaraq hakimiyyətin maraqlarına uyğun rəqəmlərdən istifadə edirlər.
Əlbəttə, bu nüans da nəzərə alınarsa ola bilər ki, "Tuzik" bənzətməsi Rusiya siyasət dərsliklərində xüsusi paraqraf kimi "öyrənilsin". Təkcə omu?.. Rusiyanın yarıtmaz hökumət adamları bir neçə müddət əvvəl bildirmişdilər ki, Qərb onlara qarşı sanksiyalar tətbiq etdiyi üçün Moskva ərzaq məhsullarını dost ölkələrdən - Latın Amerikasından və Çənubi-Şərqi Asiya dövlətlərindən alacaq. Xalq da düşünmüşdü ki, nə fərqi, əsas odur ki, məhsul gəlsin. Lakin qısa zaman keçdikdən sonra məlum oldu ki, adı keçən yerlərdən gəmilərə yüklənib on min kilometrlərlə daşınan istənilən məhsul, hər şeyi bir yana qalsın, qonşudan alınan mallardan dəfələrlə baha olacaq.
Həmin variantın gülməli olduğunu anlayandan sonra vəziyyətdən çıxış yolu kimi yerli istehsalın gücləndirilməsini qərara aldılar. Lakin çox qısa zamanda anladılar ki, yerli istehsalı tələb olunan səviyyəyə yüksəltmək üçün onlara müasir Qərb avadanlıları və ən azı iki-üç il vaxt lazımdır.
Və burada bir məqama diqqət çəkmək, siyasi kursun əldə etdiklərini atüstü də olsa göz önünə gətirmək məncə yerinə düşər. Sırf saya dillə imperiya siyasətbazlardan soruşsaq ki, əlavə bir qarış torpağa belə ehtiyacı olmayan, ucsuz-bucaqsız əraziyə malik bir dövlət qardaş xalqın ərazilərini ələ keçirməklə özünə, əhalisinə, iqtisadiyyatınagbelə böhran nə üçün yaratmalıydı? Kim bilirgQara dənizdə Rusiyaya məxsus hərbi dəniz donanması da var idi axı...g
Maraqlıdır ki, bütün bunların fonunda vəziyyəti düzəltmək əvəzinə Moskva problemi daha da dərinləşdirmək yolunu tutub. Görəsən Qərbin müasir texnologiyalarına, avadanlıqlarına, iqtisadi sərmayəsinə möhtac qalan Hindistanla, Çiliylə, Argentinayla, Peruyla hara çıxmaq mümkündü ki? 1 milyard 200 milyon əhalisinin 1 milyardı dilənçi kökündə yaşayan Hindistan çarə bilsə elə özünə edər də.
Yəqin ki, yaxın gələcəkdə bu proseslərin nə ilə nəticələnəcəyinin şahidi ola biləcəyik. Və bizim üçün əsas məsələ silahlı separatizmin hansı zərbələr alacağıdır...


TƏQVİM / ARXİV