HƏYATIN SOYUQ ÜZÜ…

ƏBÜLFƏT MƏDƏTOĞLU
65079 | 2015-01-21 18:52

Neçə gündü ki,tarixi vərəqləyirəm, çox-çox uzaq bir tarixi. Və mənə elə gəlir ki, vərəqlədiyimbu tarixin yaşı elə mənim yaşım qədərdi. İkimiz də eyni gündə doğulmuşuq, eynigündə yazılmağa, yaşamağa başlamışıq. Yazıldıqca yaşam inamı, ümidi artıb,yaşadıqca yazılanlar daha maraqlı, daha dəqiq və daha ümidli olub.

Vərəqlənən tarixindi məni işğal altında olan Qubadlıya aparır. Bilmirəm, bu yazını oxuyanlarınneçəsi, neçə faizi Qubadlını görüb, Qubadlıdan xəbərdardı. Amma hamınınxatırlaması və bilməsi üçün deyim ki, Qubadlı Həkəri çayının sahilində qərartutmuşdu və o çay boyu təbii ki, Cəbrayıl yolu ilə üzü yuxarı gedəndə bir vadi açılırdı gözününönündə... Dağların qəribə bir görkəmi var idi... Vadidə salınmış bağların,xüsusilə bir-birinə söykənən hündür çinarların əzəməti, görkəmi adamı dərhalözünə çəkirdi. Hər dəfə mən bu yolu keçib Qubadlıya gedəndə yolun haçalandığı,yəni Zəngilana və Qubadlıya ayrılan həmin o nöqtəsini bir az önə keçib maşındandüşüb uzu Qubadlıya tamaşa edərdim. Elə bil hardansa ürəyimə dolmuşdu ki, buyerlərə bir müddət gələ bilməyəcəm. O hansı hiss idi hələ adını da bilmirəm.Amma əlimi ürəyimin üstünə qoyub vicdan məsuliyyətimlə deyə bilərəm ki,Qubadlıda həm də məni qəribə bir dağ təmizliyi, dağ doğmalığı gözləyirdi.Burdakı dostlar, tanışlar o qədər canıyananlıq, o qədər doğmalıq, səmimiyyətnümayiş etdirirdilər ki, onun içərisindən çıxmaq mümkün olmurdu. Şəxsən mənə eləgəlirdi ki, meşə yolu ilə arası bir-ikisaatlıq məsafə olan doğulduğum kəndlə Qubadlının bir-birinə milyon illikbağlılığı var. Çünki Qubadlıda yaşayan qohumlar, xüsusilə Başarat kəndində özlərinəgözəl ev-eşik qurmuş zəhmətkeş insanlar bu rayona hər səfərimdə az qala əldən-ayaqdançıxırdılar. Bugünün özündə də evimdə, ailəmdə söhbət düşəndə dadı damaqlardangetməyən Başarat balından bir nisgil, bir təəssüflə danışır,o günlərin xatirəyəçevrilməsi ilə barışmaq istəmirik. Amma neyləyim ki, işğal baş verib və o işğaltəkcə Qubadlını və digər ərazilərimizi deyil, bütövlükdə o yerlərlə bağlı olanneçə-neçə xatirəni, neçə-neçə izi,cığırı tarixin yaddaşına hopdurur, orda girov saxlayır...


Hə, Qubadlıya gəlmişdim.Onda sovet dönəmi idi və o vaxtdan bir hərəkti ilə, bir qərarı ilə ürəyimə yoltapan bacım təzəcə rayon icraiyyə komitəsindəki vəzifəsindən rayon məhkəməsinədəyişmişdi. Yəni o, artıq doğulduğu rayonun o vaxtın termini ilə desək, xalqhakimi idi. Həmin hadisəni də mən Qubadlıda yaşayan, artıq bu gün respublikanınən böyük rayonlarından birində məhkəmə sədri olan dostumdan eşitmişdim. Osözarası bildirmişdi ki, rayon məhkəməsinin sədri xanım olsa da, haqsızlığa,xüsusilə kimlərəsə söykənən, kimlərəsəgüvənən özündənrazı adamları bağışlamır,qəbul etmir, göz yummur onlara. Elə bugünlərdə qonşu Ermənistanın Qubadlıyayaxın kəndlərindən birinin kolxoz sədrinin oğlu özündən razı bir erməni dığasıbir azərbaycanlı qızına təcavüz etmişdi və bu cinayəti gizlətməyə çalışmışdı. Təbiiki, ona havadalıq edənlər də var idi. Ancaq bizim hakim onu bağışlamadı. Bakıdan,Moskvadan nə qədər telefon zəngləri olsa da, yumuşaldıcı heç bir addım atmadı.Əksinə, erməni dığası barəsində çox sərt bir hökm oxudu və dərhal da hökmüicraata yönəldib dustağı Bakıdakı həbsxanaların birinə göndərdi...


Bu faktyaddaşıma elə ilişib qalmışdı ki, onu unuda bilmirdim. Evindən-eşiyindən uzaq,köməksiz bir şəraitdə təcavüzə məruz qalan qızın aqibətini düşünə-düşünə məhkəməninsədri ilə görüşmək istədiyimi bildirdim və günlərin birində də onunla görüşdük.Arıtq o, Füzulidə işləyirdi, müharibə də başlamışdı. Təkcə Dağlıq Qarabağınyox, onun ətrafındakı rayonların da yuxusu ərşə çəkilmişdi. Mən onunla görüşəndəhəmin hadisəni xatırlatdım. O, fikirli-fikirli bildirdi:


- Qardaş, mən özvəzifəmi yerinə yetirmişəm. Amma neyləyim ki, bəzən bizlərə qanunun sərt üzünü bütünlüklə tətbiq etməkimkanı vermirlər. Bax elə o ermənini də üç-dörd ay sonra Moskvanın təzyiq ilə cəzasınınardını guya çəkmək üçün Ermənistana köçürdülər. İndi də eşidirəm ki, Qubadlıyabasqın edən dığaların önündə gedənlərdən biri də həmin o ermənidi. Təəssüf edirəmki, o cinayətkar azadlıqdadı. Amma bəndə tərəfindən də olmasa, Allah tərəfindəno mütləq cəzasını alacaq. Çünki böyük Yaradanın səbri böyük olduğu kimi, cəzasıda sərt olur, ondan qaçmaq mümkün deyil...


Bax, beləcə başladıbizim bacı-qardaşlığımız. Əvvəl özünü, sonra ailə üzvlərini tanıdım. BirlikdəFüzulinin, Qarabağın toplu-tüfəngli, barıt qoxulu yuxusuz gecələrinin səhərəaçılmasını gözlədik. Bəzən mən bir çox vəzifəli şəxslərin gecələr Füzulini tərkedib səngərdən xeyli aralıda olan kəndlərində gecələdiyinin şahidi olmuşdum.Amma Şəkər xanım Füzulidən çıxıb heç hara getmirdi. Səhər iş başlayanda hər kəsonu kabinetində görürdü. Özü də onun iş otağı birbaşa nişangah idi. Çünki həminərazidə yeni və bir-birindən yaraşıqlı binalar istifadəyə verilmişdi. Özü dəQuruçayın sahilində olan bu meydanbirbaşa erməni vandallarının atdığı mərmilərin daha çox düşdüyü yer idi. Onlaryüksəklikdə yer tutduqlarından ovuc içi kimi görünən bu ərazini demək olar ki,hər gün atəşə tuturdular. Amma Şəkərxanım iş otağını tərk etmirdi. Hətta o vaxtlar Füzulinin kəndlərinəbasqın etmiş və o vaxtın milis əməkdaşları tərəfindən yaxalanmış ermənilərə dəhəmin o topun, tüfəngin səsi altında hökm oxumuşdu. Ən maraqlısı da bu idi ki,Hadrut və Martuni rayonlarından olan ermənilərin bir qismi vəzifə, səlahiyyətsahibləri idilər, onların da havadaları var idi, onlar üçün də nə isə təkliflərdilə gətirilirdi. Amma Şəkər xanım heç nəyə məhəl qoymadan bu ermənilərin dəqanuni cəzasını üzlərinə oxudu. Neyləyək ki, hər yerdə olduğu kimi, bax, o məqamdada ermənilərin havadarları onların köməyinə çatdı, onların cəzasını Azərbaycandankənarda çəkməsinə nail oldular. Təbii ki, nə Azərbaycan polisinin, nə məhkəməsininhəmin məqamlarda Moskvaya etiraz etmək gücü, səlahiyyəti yox idi. Moskva isəermənilərin Moskvası olduğunu bütün zamanlarda sübut etmişdi, onda da sübutetdi.

Füzuli işğalolundu. Hamı kimi rayo

n məhkəməsinin işçiləri də, Şəkər xanım da, onun ailə üzvləridə rayonu tərk etmək məcburiyyətində qaldılar. Rayondan didərgin düşən insanlarrespublikanın demək olar ki, əksər bölgələrinə səpələndilər. Kimin harda ümidyeri var idisə, o qapını döyüdü. Kiminin də ümidi Allaha və dövlətə qaldı.Axırıncılar inzibati binalarda, sosial obyektlərə sığınmalı oldular. Bəllidirki, qaçqın həyatı yaşayan dövlət qurumları da özünə sığınacaq axtarırdı. Həmingünlərdə üz-gözündən ancaq ağrı-acı, əzab, yuxusuzluq tökülən Şəkər xanım eləbil ki, bu dünyanın adamı deyildi. Onunla söhbət edəndə mənə elə gəlirdi ki,bütün bu baş verənlərə o hələ də inanmır və bütün bunlar ona yuxu kimi gəlir. Çünki yenicə uyğunlaşdığı, yenicə həyət-bacasındamüxtəlif ağaclar, gül-çiçəklər əkdirib göyərtməyə çalışdığı, daxilində müəyyənşəraitlər yaratdığı məhkəmə binası artıq yoxdur. Onun hansı hala düşdüyü, hansıdurumda olduğu artıq təsəvvür olunmurdu. Doğrudu, rəhbəri olduğu kollektivədüşmən xətəri toxunmamışdı. Amma bu kollektiv evini-eşiyini, iş yerini düşməngirovluğunda qoyub gəlmişdi. Ona görə də mütləq Füzuliyə yaxın bir yerdə qərartutmaq, orda hansısa bir binada fəaliyyətlərini bərpa etmək lazım idi. Bu fikirona daxilən rahatlıq vermirdi. Düşünürdü ki, Füzuli rayon Məhkəməsi məhz Füzuliərazisində olmalı, orda hökmünü çıxarmalıdı. Nəhayət ki, İmişlidə müvəqqətiyerləşdikləri binada Füzuli ilə Beyləqanın sərhəddindəki inzibati binaya köçəbildilər. Füzuliyə gedən yolun üstündə olan bu bina ona da, onunla birlikdə işləyənlərədə hər gün üzü Füzuliyə baxmaq, Füzulidən əsib gələn mehi salamlamaq, küləyiqarşılayıb havanı udmaq imkanı yaratdı. Üstəlik, o hər gün vaxt tapanda döyüşəninsanları, yəni daxili qoşunun tərkibində olan Füzuli polisinin əməkdaşlarına,eləcə də milli ordunun əsgər və zabitlərinə baş çəkmək imkanı qazandı.

Mənim üçün son dərəcəmaraqlı olan bu idi ki, bir çox kişi məmurların yorğunluqdan, şəraitsizlikdəngiley-güzar etdikləri vaxtda Şəkər xanım bir dəfə də olsun dilinə özünün, ailəsininproblemini gətirmədi. O danışanda da, söhbət edəndə də ancaq Füzulidən, füzulilərdən,torpaqdan bəhs etdi. Onun hər sözündə, hər fikrində Füzuli var idi. Və mən dəbu qədər torpaqcanlı olan bir xanımın dözümünə, dünyagörüşünə, xüsusiləadamlara olan münasibətinə qəlbən heyran olmuşdum. Hərdən öz-özümə düşünürdümki, bu boyda səmimiyyət, bu boyda sevgi, bu boyda torpağa vurğunluq görəsən buxanımın ürəyində necə yerləşir, bu hardan qaynaqlanır? Sonralar öyrəndim ki, o,müəllim ailəsində, ədəbiyyatın, sözün içində böyüyüb. Ona görə də torpağa,insana, Vətən olan sevgi ona südlə, nəsihətlə, tərbiyəylə keçib. Qandan gələnbu istək onun gördükləriylə, eşitdikləriylə, oxuduqlarıyla qovuşaraq daha daşaxələnib. Necə deyərlər, qol-budaq atıb, bar-bəhrə veribdi. Və...

Həyat insanıbütün məqamlarda sınağa çəkir. Sınaq anlayışı mənim düşüncəmə görə, vəzifə,kürsü tanımır. Hansı mövqedə olursan ol, mütləq həyatın sınaqları ilə üz-üzə gəlməlisən.Bu, bir növü konkret bəlli yoldu, ondan sağa-sola çıxmaq mümkün deyil. Məhz bumənada doğulub boyüdüyü Qubadlını, sonra Qubadlı qədər, bəlkə də ondan artıqsevgiyi Füzulini itirib. O ağır günləri yaşayan Şəkər xanım həyatda oğul itkisidə yaşadı. Amma gözünün dibində yaşayan, ürəyinin heç kimə bəlli olmayanqatlarında uyuyan o dərdini heç kiməhiss etdirmədi. Bir ana kimi, bir xanım kimi o dərdə, o itkiyə ürəyində laylaçaldı, o faciəyə ürəyində ağı dedi. İstəmədi ki, nə ömür-gün yoldaşı, nə oğlu Rəşadonun sızıltısını, onun göynərtisini duyub qaşlarını çatmasınlar, üzlərinə-gözlərinəqara bulud çökməsin...

Mən ürəyimdə yertutan, ailəmə son dərəcə doğma olan və övladlarımın bir qarabağlı olaraq"mama" deyib (bəzi bölgələrdə isə atanın bacısına bibi deyirlər)adıyla fəxr etdikləri Şəkər xanımın mənə bəlli olan bir çox xüsusiyyətləriniheç vaxt unuda bilmirəm. O, Füzulidən sonra işlədiyi rayonlarda da qapısını döyən,adına gələn hər bir Füzuli qaçqını öz doğması kimi qarşıladı. Və onların hərbirindən ricası bu idi ki, rayonumuzun adını uca tutun, hər xırda söz-söhbətüçün, ehtyac üçün kimlərinsə qapısını döyməyin, sözünü mənə deyin, istəyinizi məndəndiləyin...

Və yaxud da onuneşidib xəbər tutduğu bütün tədbirlərə xeyir-şər olmasından asılı olmayaraq, birfüzulili kimi qatıldığını, iştiraketdiyini dəfələrlə görmüşəm. Və bir də mən onun dili ilə ürəyinin bir-birinənecə bağlı olduğunu, bir-birini necə tamamladığını həyatımda da, elə həyatınözün də dəfələrlə izləmişəm və anlamışam ki, mənim bacım təkcə xanım-xatındeyil, o həm də sözün bütün mənalarından əsl Azərbaycan qadınıdı. O sərt də ola bilir, həlim də... o, haqqı da müdafiəedir, haqsıza da yerini göstərir. Və bir də o çətinliklərə, streslərə, bir sözlə,həyatın bütün təpkilərinə sinə gərməyi bacarır. Çünki o, mənəviyyatıyla,xarakteriylə insanlara, dövlətə sədaqət və etibarıyla bütövdü, kamildi. Məniminamıma görə onda tamlanmayan bircə məqam var. O da Şəkər xanımın Qubadlısız,Füzulisiz olmasıdı. Yəqin ki, o da nə vaxtsa tamlanacaq. Axı o, ədalətin vədövlətin yanındadı!

P.S. Bu şəkilFüzulidə, işğaldan bir neçə gün öncə çəkilib. Özüm çəkmişəm. Məncə bu şəkildənbacımda yoxdu. Yəqin ki, baxanda özü də o günləri xatırlayacaq.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV