adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Yanvar 2015 14:32
4978
ƏDƏBİYYAT
A- A+

“Sözün Zəlimxan zirvəsi” - yubiley hədiyyəsi

Tanınmış Azərbaycan şairi, sözü, sənəti ilə milyonların sevgisini qazanan, xalq şairi Zəlimxan 65 illik yubileyi ilə əlaqədar şairin haqqında yeni kitab işıq üzü görüb.

"Sözün Zəlimxan zirvəsi” adlı kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur. Giriş və on üç bölmədən ibarət olan monoqrafiyada xalq şairinin yaradıcılığı müxtəlif aspektlərdən təhlil olunur.

"Vətən” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabın redaktoru və "Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.

Yeni əsəri son illərdə Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş ən sanballı tədqiqat işi hesab edən Q.Paşayev deyir: "Zəlimxan Yaqubun bağbanı olduğu şeir bağçasına daxil olmaq üçün gərəkdir ki, çağdaş poeziyamızla yanaşı, folklorumuzu, xüsusən də, aşıq yaradıcılığını, Zəlimxanı yetişdirən mühiti yaxşı biləsən, "Sözün Zəlimxan zirvəsi” əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir”.

Kitabı Azərbaycan Yazıçılar Birliyinin "aybKitab” mağazasından əldə etmək olar.