adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Yanvar 2015 23:26
7737
DÜNYA
A- A+

Keçmiş hökumət başçısı iş axtarışında

İsveçin sabiq baş naziri Fredrik Reinfeldt iş axtarır. 


Adalet.az-ın ans press-ə istinadən məlumatına görə, Fredrik Reinfeld Sağ Liberal Moderat Partiyasının konqresində partiyanın başına Anna Kinberg Batranın seçilməsindən sonra siyasətdən tamamilə uzaqlaşıb. 

İsveçdə ötən sentyabr ayındakı seçkiləri uduzduqdan sonra istefa verən baş nazir Fredrik Reinfeld özünə internet vasitəsilə iş axtarmağa başlayıb.

Reinfeld fərdi hesabında məsləhətçi işi axtardığını bildirib. İsveç sabiq baş nazirinin CV-si isə olduqca diqqət çəkib.

Qeyd edək ki, Fredrik Reinfeld 4 avqust 1965-cü ildə dünyaya gəlib. O, Sağ Liberal Moderat Partiyasının sədri və İsveçin 33-cü baş naziri olub.

Fredrik Reinfeld İsveçdə 15 sentyabr 2014-cü ildə keçirilən ümumi, yerli və regional seçkilərində 23,2 %-lik səs yığıb. Bu nəticə ilə seçkini uduzan Sağ Liberal Moderat Partiyasının sədri Fredrik Reinfeld istefa edərək vəzifəsindən gedib.