adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Yanvar 2015 09:47
5157
LAYİHƏ
A- A+

MÜASİR AZƏRBAYCAN: ŞƏHƏRLƏRDƏN KƏNDLƏRƏ, KƏNDLƏRDƏN ŞƏHƏRLƏRƏ...

"Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq. Çünki burada yenə də dövlət əsas funksiyanı öz üzərinə götürübdür".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti



(əvvəli ötən sayımızda)

Sosial-iqtisadi inkişafın
əsas mənbələri və görülən işlər


Bu mövzuda Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Vəliyevlə söhbətimiz zamanı o, ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində kəndlərin də sürətli inkişafının təmin olunduğunu elə nümayəndəlik üzrə kəndlərin timsalında aydın göründüyünü qeyd etdi. Bu səbəbdəndir ki, kənd adamları ruh yüksəkliyi ilə çalışır, yaradılan bütün şərait üçün Prezidentə minnətdar olduqlarını bildirirlər. N.Vəliyev eyni zamanda nümayəndəlik üzrə görülmüş bir sıra tədbirlərdən də danışaraq dedi:
- Nümayəndəliyin ərazisi 2468 hektar olmaqla, buradakı 1400 fərdi təsərrüfatda 4962 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Xüsusi mülkiyyətdə 20 ədəd müxtəlif markalı traktor və müxtəlif aqreqatların olması təsərrüfatların inkişafına xeyli təkan verir, aparılan işləri intensivləşdirir. 2014-cü il üçün 2200 hektar taxıl əkilmiş, zəmilərdən orta hesabla 25-30 sentner məhsul əldə edilmişdir. Bundan əlavə ərazidə 51 hektardan 1577 ton tərəvəz, 9 hektardan 90 ton kartof, 5 hektardan 18 ton qarğıdalı istehsal edilmiş, 500 hektar sahədə yonca əkilmişdir. Kənd əhalisinin əsas məşğuliyyətlərindən biri də maldarlıqdar. 2014-cü ilin yekununa əsasən ərazidə 2152 baş iribuynuzlu mal-qara, 6035 baş qoyun-keçi, 29400 baş quş saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 saylı sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına müəyyən yardımların verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə ötən il 207 nəfər mülkiyyətçiyə 53816 manat yardım verilmişdir.
Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 2 məntəqəsi, 2 klub, 2 kitabxana, 1 poçt şöbəsi, 1 ATS, Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir. Ərazidə fəaliyyət göstərən məktəb və məktəbəqədər uşaq tərbiyə müəssisələrində təlim-tərbiyənin, maddi-texniki bazanın möhkəmləndirilməsinə səy göstərilmişdir. Potu tam orta məktəbində 232 şagird oxumaqla onların təlim-tərbiyə ilə 41, Ulaşlı-şıxlı kənd tam orta məktəbində 153 şagirdin təlim-tərbiyəsi ilə 36, Hunqutlu kənd ümumi orta məktəbində isə 81 şagird oxumaqla onların təlim-tərbiyə ilə 21 nəfər müəllim məşğul olur.
2014-cü il ərzində həkim məntəqəsi tərəfindən əhaliyə lazımi tibbi xidmət göstərilmiş, körpə uşaqlar arasında peyvəndlər aparılmış, qızılca və digər xəstəliklərə qarşı profilaktik tədbirlər keçirilmişdir. Nümayəndəliyin ərazisində fəaliyyət göstərən mədəni-maarif müəssisələri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmışlar. Ötən il ərzində ərazidə, eləcə də rayon mərkəzində keçirilən bayram və digər tədbirlərdə klub, mədəniyyət evi və kitabxana işçilərinin fəal iştirakı olmuşdur. Potu bələdiyyəsi 2014-cü ildə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışmış, kəndin sosial-iqtisadi problemlərinin həlli istiqamətində bir sıra işlər görmüşdür. Belə ki, keçən il ərzində bələdiyyə tərəfindən kəndarası yollarda cari təmir işləri aparılmış, kəndarası suvarma arxları qazılaraq lil və çöküntülərdən təmizlənmiş, Potu və Ulaşlı-şıxlı kəndlərini suvarma suyu ilə təmin edən arxın mənbə hissəsində sel sularından mühafizə məqsədi ilə 300 metr məsafədə bənd qurulmuş, Göyçay-Ucar avtomagistralının ərzisindən keçən hissəsində təmizlik və abadlıq işləri aparılmış, imkansız ailələrə maddi yardım edilmişdir.
Ərazidə fəaliyyət göstərən Sudan İsifadəedənlər Birliyinin hesabat dövründə əhaliyə verilmiş suyun dəyərini toplayaraq, 2013-cü il üçün rayon suvarma Sistemləri İdarəsi ilə bağlanmış müqaviləyə 100% əməl etmişdir. Əhalinin suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi məqsədi ilə tərəfimizdən su birliyinin vaxtında ödənilməsi məqsədilə tərəfimizdən su birliyinin işinin qurulmasına lazımi köməklik göstərilmiş, birliyin nümayəndəlik və bələdiyyə ilə birgə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Ötən il əraziyə fasiləsiz elektrik enerjisinin verilməsi əsasən təmin edilmişdir. Uzun illər aparılmış maarifləndirmə işləri sahəsində əhalidə istifadə edilmiş enerjinin dəyərinin ödənilməsi mədəniyyəti yaranmış və odur ki, bu sahədə problemlər yoxdur. Ötən il rayon elektrik şəbəkəsinin texniki qrupu tərəfindən ərazidə 2 dəfə yaşıl budama işləri aparılmışdır.
Ötən il nümayəndəliyin Potu, Klaşlı-şıxlı və Kürd kəndlərində əhalinin dayanıqlı təbii qazla təminatına çalışılmışdır. 2014-cı ildə Potu və Ulaşlı-şıxlı kəndlərində qaz sisteminin yenidən müasir standartlarla qurulması işləri başa çatdırılmışdır. Kəndlərə təbii qazın yeni sistemlə verilməsi tam təmin olunmuş və bununla da Potu kəndinin "Ala qapı" adlanan ərazisi və Ulaşlı-şıxlı kəndinin "Şirvan" kanalından aşağı hissəsində sabit-norma təzyiqli qaz təminatındakı problemlər aradan qaldırılmışdır.
Ərazidə fəaliyyət göstərən poçt və kənd ATS şöbələri öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmuş, 2014-cü ildə də əhaliyə keyfiyyətli xidmət göstərməyə çalışmışlar.
2014-cü il ərzində nümayəndəliyin ərazisində 4 mağaza, 3 iaşə obyekti, 5 avtomobillərin istimarı sexi tikilib istifadəyə verilmişdir ki, burada da 22 nəfər daimi işlə təmin olunmuşdur. Nümayəndəliyin ərazisində 15 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili, 2 Əfqanıstan müharibəsi veteranı, 2 Çernobl qəzasının iştirakçısı yaşayır. Bu ailələrə, həmçinin tənha və kimsəsizlərə daim diqqət və qayğı göstərilmiş, onların problemlərinin həllinə yardım etməyə çalışmışıq. Ərazidə yaşayan 40 ailəyə hər ayda orta hesabla 100 manat ünvanlı sosial yardım təyin edilmişdir ki, bu da aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət qayğısının bariz nümunəsidir...

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ