adalet.az header logo
  • Bakı 13°C

"Onlar elə kasıb idilər ki, əyinlərində paltar belə yoxdu"

7236 | 2009-01-10 01:36
Əhalisinin ictimai mövqeyinin səviyyəsi ilə dünyanın ən ədəbli və ən ədəbsiz şəhərləri müəyyən olunub. Müşahidənin nəticələri şəhərlərdə baş verən hər hansısa bir qanun, əxlaq , davranış və etiket pozuntusuna əhalinin münasibətiylə ölçülüb. Nəticələrə görə Bombey şəhərində cəmiyyətdə baş verən heç bir hadisə ictimayətin reaksiyasına səbəb olmur. İnsanlar ölü bit kimidir, ətrafda baş verən heç bir hadisəyə əhəmiyyət vermir. Münhendə isə vəziyyət başqadır.
   
   Orada vətəndaş ictimai sabitliyi, qanunları pozan ən cüzi halın belə qarşısını dərhal almağa cəhd göstərir. Orada kütləvi xidmət yerlərində heç kəs cürət edib başqasının əsəbinə toxunacaq, əsayişi və ya qanunu pozacaq hərəkət etmir. Əks halda dərhal münasibət bildirilir və qanuna müraciət olunur. Orda vətəndaşla qanun dostdur. Əhali dövlətə güvənir və hansısa anlaşılmazlıqda onun şərəfli təmsilçisinə - polisə üz tutur. Münhendə polis, güvən arxayınlıq, etibar deməkdir. Polis qanun sözünün sinonimidir.
   
   İctimai mövqe
   
   
   
   Vətəndaş cəmiyyəti üçün olduqca ciddi faktordur. Qanun qədər əhəmiyyətli və vacib anlayışdır. İctimai mövqe qanunların bir növ icrasıdır. Bu anlayışın mövcudluğu vətəndaşların qanuna birbaşa aidiyyatı deməkdir. Əlbəttə, söhbət demokratik cəmiyyətdən gedir. Və düşünürəm ki, cəmiyyət elə demokratik olmalıdır. Əgər cəmiyyətdə ictimai mövqe bildirən şəxsə ətraf təəccüblə və ya maraqla baxırsa bu cəmiyyətin dəhşətidir. Hüquq anlayışının hökm sürmədiyi cəmiyyətlərlə heç bir sivil ölkə ciddi münasibətlərə girməz. Bu mənada hansısa ciddi əməkdaşlıq, müttəfiqlik, dostluq diplomatiyasından danışmaq absurddur. Diplomatiya adı altında məqsədyönlü maraqlar ola bilər.
   
   Böyük ideyalar
   
   
   
   Kiçik ərazilərdə böyük ideyalar uğrunda mübarizə aparmaq olduqca çətindir. İdeyanın hökmü onun arealı ilə ölçülür. Məs: Ərəblər İslamı yad əraziləri işğal edərək yaymasaydılar bu idealogiya indiki qədər hökmran olmazdı. Və ya türklər iranlılara, çingizilərə, ərəblərə nə bilim kimlərə qədər əyalət xanlıq davasından, köçərilikdən əl çəkib birləşsəydilər indi türkçülük ideya deyil həyat tərzi olardı. Kim bilir, bəlkə indi Türk Birləşmiş Ştatları da vardı...
   
   
   
   Əyalətçilik hissi
   
   
   
   Bu gün də türkün tərkibində "xanlıq" hissi yaşayır. Fikir verin, Azərbaycanda nə qədər gözəgörünməz (?) xanlıqlar var. Nə qədər tayfabazlıq, əyalətçilik hissi ilə yaşayır azəri türkü. Sən ona "haralısan?" deyəndə o həvəslə sevinib məs: -" yerazam , ya qazaxlıyam" cavabı verir. Amma ona" sən türksən "söyləsən, əsəbləşir, özündən çıxır. Dərhal etiraz edir ki, mən türk - zad deyiləm, qazaxlıyam, yerazam vəssəlam. Çünki türk olmaq artıq ideyadır, məzmundur, bu məzmunda parlamaq üçün çox böyük olmalısan, amma qazaxlı olmaq ideya, məzmun-zad deyil, Qazaxda parlamağa nə var ki? Azərbaycanlıya türk deyəndə elə bil dədəsini söyürsən. Türkiyə ilə Azərbaycanın sərhədlərini aradan qaldırıb vahid bir türk dövləti yaratmaq proqramı haqda məlumat sızsa cəmiyyətə təsəvvür etmək çətin deyil nələr baş verər. Türkiyə şivəsinin qarşısını almağa çalışan bir ölkədə vahid türk dili yaratmaq ideyası xülyaya bənzəmirmi?!
   
   Hələ başqa türk xalqlarını misal gətirmirəm, böyrümüzdəki Abidən danışıram yalnız.
   
   Adicə bir kassir oturduğu yerdə özünü elə dartır, burnunu elə qaldırır ki, məcbursan buna qılıq edib işini gördürəsən. Kimin əlinə şans düşür milləti aşağılıyır. Eybi yox, qoy başımın üstündə kiminsə qapazı olsun amma mənim də qapazım kiminsə başına dəysin. Yadellilərə baş əymək türkə, birləşməkdən daha əlverişli görünüb həmişə.
   
   Məncə, bunun səbəbini elə gen yaddaşında, türklərin tarixi həyat tərzində tapmaq və çıxış yolu axtarmaq olar.
   
   Hipnoz
   
   
   
   Zərərsizləşdirilmiş cəmiyyət qanuna, hüquq anlayışına laqeyd daha dəqiqi bu anlayışlardan xəbəri olmayan cəmiyyətdir. Belə cəmiyyətdə istənilən fikri aforizmə istənilən şəxsi bütə, istənilən ideyanı tabuya çevirmək mümkündür. O cümlədən burada istənilən siyasi atmosfer asanlıqla yaradılır. İnsanlar hipnoz altında yaşayaraq heç nəyin fərqinə varmır. Belə cəmiyyətdə insanları hansısa nəzəri uyuşdurucu ilə keyləşdirərib, gözünə kül üfürərək nə istəsəz etmək mümkündür. (Bulqakov "Master i Marqarita "
   
   
   
   İrs və demokratiya
   
   
   
   Ernie Çambers ABŞ-da tanrını insanların başına gətirdiyi fəlakətlərin səbəbkarı kimi məhkəməyə verib. Məhkəmədən gələn cavab isə belə olub: "İddiham edilənin ünvanı məlum olmadığı üçün onu həbs etmək mümkün deyil."
   
   Ernie iddia edir ki, əgər tanrının varlığı qəbul olunursa, demokratik cəmiyyətdə yaşadığı üçün tanrını mühakimə etmək hüququ da var. Çambers məhkəmənin cavabıyla qane olmayaraq onu qanunsuzluqda suçlayıb. Apelyasiyaya, HAAQA-ya, Ağ evə şikayət edib. Nəhayətdə ABŞ onu sakitləşdirmək üçün Nitşenin "Allah ölüb" qənaətini söyləyərək ölmüş birini mühakimə etmənin mümkünsüzlüyünü arqument gətirib. Bundan sonra Çambers bir qədər sakitləşib.
   
   Asif Atanın dediyi kimi: "Amerika nə qədər çoxmillətli ölkə olsa da Amerika xalqının əsas etnosu Anqlosakslardır. Əgər o, əsas etnos olmasa elə" hamı amerikalıdır, dilimiz bir dinimiz bir" deyib hayqırsa, çoxdan məhv olub gedərdi. Biz də sevinə-sevinə deməyək ki, hamımız azərbaycanlıyıq. Bu milli şüura çox zərərli və təhlükəlidir."
   
   Söhbət irsi mahiyyətdən, onun nəfəsinin, ruhunun, zəkasının hansı işlərə qədər çatacağından gedir. Ənənəvi hal kimi bu dəfə də iqtisadiyyat üzrə "Nobel" mükafatını amerikalı aldı. Amerika bütün göstəricilərə, və parametrlərə görə birinci olmağa layiqdir. Avropalılar Amerikanı kəşf etməsəydi və orada ABŞ boyda güclü bir dövlət yaratmasaydı hindular hələ də meşədə qəribə səslər çıxarırdılar. Hinduların hətta etnik adlarını da Avropalı Kolumb qoyub. Amerikanı tapanda Hindistanı kəşf etdiyini düşünərək yerli əhaliyə hindu deyib. Kolumb hindular haqda yazır: "Onlar elə kasıb idilər ki, əyinlərində paltarları belə yoxdu". Bu günə baxaq. İndi dünyada tanınmış musiqiçiləri, idmançıları, siyasətçiləri var. Güclü bir dövlətləri var. Və həmin dövlətin prezidenti qara dərilidir. Bu şüur, idrak, zəka hadsəsi deyilsə, nədir?! "Nobel" mükafatı alan haqda heç kim demir ki, mükafatı anqlosaks məsələn Robert aldı. Amerikalı aldı, deyirlər. Amma Robert özündə bir irs daşıyır. Və ümumilikdə irsin formalaşdırdığı, qurduğu dövlətin-cəmiyyətin qüdrətindən gedir söhbət.
   
   

TƏQVİM / ARXİV