adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Dünyanı uzaqlardan həmizəlik aldıq

CEYHUN MUSAOĞLU
31103 | 2009-01-10 01:36
Vəhşi İsrail hökumətinin qətlə yetirdiyi fələstinli uşaqların qətliam səhnəsini əks etdirən şəkillərini google.az axtarış saytında çox axtardım. Hər gün televiziyaların göstərdiyi vəhşət doğuran görüntülərdən cəmi üçünü tapa bildim. İstəyirdim həmin şəkilləri qəzetin bir səhifəsində dərc etməklə fələstinlilərə dəstəyimi nümayiş etdirim.
   
   Alınmadı, ona görə bir qədər fərqli üsula əl atdım. Dünyanın qətliamla üzləşməyən uşaqlarının şəkillərini səhifədə yerləşdirib, onların dilindən bir cümləylə Qəzza sektorundakı soyqırıma etiraz etməyi düşündüm. Amma öncə fələstinli bir qız uşağının tükürpədici şeirini oxuyun.
   
   
   
   Mən fələstinli uşaq
   
   Yoxsul, ac, bir tikə çörəyə, bir udum suya möhtac.
   
   Açsa gözəl çiçəklər, görməz gözüm
   
   Mənə silah uzanır gül və çiçək yerinə
   
   Burda gül deyil, güllələr vardır.
   
   Unutdum oynamağı,
   
   Unutdum oyuncaqları.
   
   Bir tək oyun var bildiyim
   
   Sapand ilə savaşmaq
   
   Silahdan başqa oyuncaq da görmədim zatən.
   
   Mən fələstinli cocuq.
   
   Mən döyüşürəm zülmün təntənəsinə qarşı.
   
   
   
   Ata, televizorda Fatmanı öldürürlər, qoyma da
   
   Ya Allah, kömək elə o
   
   dünyada qardaşımı görüm
   
   Görəsən, bütün uşaqlar bilir ki, dünya gözəldir?
   
    Qoy bilməsinlər mən burdayam
   
   Böyüklər bizi bir yerdə oynamağa qoymur, gəl onlardan qaçaq
   
   Başqa uşaqların isə başının üstündə qara bulud var
   
   İsrail vəhşiləri 257 fələstinli uşağı qətlə yetirib. Bu rəqəm hər saniyə artan xətlə dəyişir. Nazim Hikmət, deyirdin dünyanı bir günlüyə verəlim uşaqlara. Vermədik. Dünyanı uşaqlardan həmişəlik aldıq.
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV