adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Yanvar 2015 14:47
24105
AVTOMABİL
A- A+

Sabah bu yollarda hərəkət dayanacaq

Sabah Azərbaycanda "20 Yanvar” faciəsinin 25-ci il dönümüdür.

Yanvarın 20-si saat 12.00-da bütün ölkə ərazisində hərəkət dayanacaq, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnalları veriləcək.

Onu da əlavə edək ki,"20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar paytaxtda keçiriləcək tədbirlərlə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində olan bütün küçələrdə hərəkət dayanacaq.Bununla yanaşı, Teleteatrdan başlayaraq Mehdi Hüseyn küçəsində, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində də yollar bağlanacaq.

(lent.az)