adalet.az header logo
  • Bakı 11°C

Allahdan qorxmaq hünəri

12840 | 2008-12-31 00:47
Mən əvvəllər güman edirdim ki, qorxu insanın iradəsini qıj edən, qollarının qüvvəsini alan, onu rəzilləşdirən, kiçildən bir hissdir. Həyat əgər sınaqdırsa, qorxu bu sınaqdan "qeyri-kafi" qiyməti ilə çıxmaq deməkdir. Yəni qorxan adam həyatda çox-çox təhlükələrdən janını qurtara bilər. Amma hər dəfə pis qiymətlə. Damğa ilə. Yaşa dolduqja anlamağa başladım ki, axı bu hiss insana verilib. Qorxmamaq mümkün deyil. Ağrını hiss etməyən insan müqəvvadırsa, qorxu bilməyən ondan da artıq müqəvvadır. Qorxu təbii olraq insana xas olan keyfiyyətdir.
   
   Sonralar Allahdan qorxu barədə düşündüm. Nəyə görə dinimizdə, müqəddəs kitabımızda onsuz da təbiətən insana xas olan və onu rəzilləşdirən bir hiss bu qədər vurğulanır. İnsandan, hətta Allahdan da olsa, daim qorxmaq tələb olunur.
   
    İnsanlar Allahdan ona görə qorxur ki, onların sabah işi düz gəlməz, müsibətə düşə bilər, jəzalanar, ağrıyarg Kim bilir sabah başına nə gələjək. Əlbəttə, bunun böyük əxlaqi mənası var. Qorxu mənən məhdudlaşdıraraq bir çox əməllərdən saxlayır. Amma yenə də qorxu qorxudur. Burda dinə ehtiyaj yoxdur. İnkişaf etmiş jəmiyyətlərdə qanunlar, eləjə də jəza maşını var. Bu mənada onlar öz işini görür. Bir də insanın öz dərrakəsi. Nəyi etmək olar, nəyi yox, o özü çox yaxşı bilir. Sadəjə biri qüvvətlidir, digəri yox. Güjlü güjünə arxayın olub az qorxur, dünyada özünə çox şeyləri rəva bilir, zəif isə qısılır, ölçüb biçir, çox şeyə ürək eləmir.
   
    İndi isə Allahdan qorxunun əslində daha böyük məna kəsb etodiyini düşünürəm. Biz səhvən bunu sabahından, janından qorxmaq kimi anlayırıq. Əslində Allahdan qorxu insanı digər təbii qorxulardan qoruyur, ayırır, onları mənasızlaşdırır. Nə qədər inamın çox olursa, bir o qədər Allahdan çox qorxursan və yerdə qalan bütün qorxular sənin üçün əhəmiyyətini itirir. Güjlü və imkanlı adam da mühafizə olunduğundan təbii qorxulardan qurtulmağa başlayır. Bəla burasıdır ki, bununla yanaşı Allahdan qorxunu getdikjə itirir. Deməli güjlü adam deyil. Bununla əlaqədar tarixi hadisələrdən bəhs edən köhnə bir əjnəbi film yadıma düşür.
   
    XV əsrin sonu, XVI əsrin əvvəllərində yaşamış Lukresiya Borjia uzun zaman, bəlkə də əsrlər boyu bədii əsərlərin hədəfinə çevrilən tarixi personacdır. Amma mən bu yazıda diqqətimi 1935-ji ildə məşhur fransız kinorecissoru Abel Qansın çəkdiyi "Lukresiya Borjia" adlı filmin üzərində saxlamaq istəyirəm. Recissoru ona görə xatırladıram ki, məhz o, ilk dəfə olaraq, tarixdə "məşum qadın" adını alan Lukresiya Borjiayanı sanki müdafiə edir, bu qara adı onun üstündən götürməyə çalışır. Düzdür, Lukresiyanın əlaqədə olduğu və ərə getdiyi saysız kişilər hər dəfə məlum olmayan səbəblər üzündən ya həlak olur, ya da biabr edilib jəmiyyətdən kənarlaşdırılır. Bütün bunlar filmdə təfsilatı ilə göstərilir və "məlum olmayan səbəb" ifadəsi də tamaşaçı üçün qüvvəsini itirir. Deyilənə görə bu qadın hətta öz atası və qardaşı ilə də qeyri-qanuni əlaqədə olub. Amma burda da Abel Qans bütün kişiləri valeh edən, bir dəfə gözə dəyən kimi onların arzusuna, həyatının mənasına çevrilən Lukresiyanın vəkilliyini etməyi öz üzərindən atmır. Bütün günahlar onun atası Rodriqo Borjiada, yəni Roma Papası VI Aleksandrdadır. Günahların daha çoxu isə Lukresiyanın qardaşında, siyasətdə şir və tülkü metodlarını özündə birləşdirən, "Hökmdar" traktatının müəllifi Nikolo Makiavellinin sevimli qəhrəmanı olan Çezare Borjiadadır. Onlar, ata ilə oğul hakimiyyəti əllərində saxlamaqdan ötrü min bir oyundan çıxır, bitib tükənməyən çəkişmələrə girir, əxlaqsızlıq, fitnə-fəsad, qətllər törədirlər. Onların səyi ilə fırıldaq, böhtan, başkəsmə, arxadanvurma, zəhərləmə, məqsədli nigahlar baş verir. Bunların həyata keçirilməsində daim, bir qayda olaraq Lukresiyadan vasitə kimi istifadə olunur. Recissor, təxminən 70 il sonra gələn həmkarhlarını qabaqlayıb göstərir ki, zülmətə bürünmüş bu mənzərədə azja işıq varsa da, o da Lukresinanın özüdür. Bu mövzuya son illərdə kinoda yenidən bir neçə dəfə mürajiət olundu. Yeni versiyalarda əxlaqsız Papanın qızı və qaniçən hersoqun bajısı az qala mələk sifətində bizə görk olundu. Yeni filmlərdə ekran işıqlandı, rənglər öz yerini tutdu. Artıq hər şey bizim vərdiş etdiyimiz qaydalar çərçivəsində göstərildi. Hətta xəyanətlər, riyakarlıqlıqlar belə yaxşı ilə pis arasında kontrast yaratmaq, yaxşını daha parlaq etmək, onun ifaçısını daha da ulduzlaşdırmaq üçün bədii oyuna çevrildi. Lukresiyanı yeni çəkilən filmdə Hollivud ulduzu oynayır. Filmdən alınan təssürat nətijəsinqdə düşünürsən ki, ay aman, Orta əsrlərin adamları nejə də bizə oxşayır. Hətta bizim ürəyimizdən keçir ki, özümüzü onlara oxşadaq. Çünki kommersiya maraqlarından çıxış edən müəlliflər müasir tamaşaçının, yəni bizim xətrimizə dəymək fikrində ola bilməzdilər. Onlar təkidilə biz sakitləşirik. Bax bu qara sifətli insanlar kimdisə, biz deyilik, onların qətiyyən bizə oxşarlığı yoxdur. Uzaq başı bu tip filmlərin müəllifləri xarakteləri daha tünd rənglərə boyamaq istəyəndə onun mənşəyini bu tərəfə, azia xalqlarına tərəf ötürürlər. "300 spartalı" filmində olduğu kimi. Onlar da bu dünyada olan ölkələrdən birinin sakinləridir. Amma görürsünüz adama oxşamırlar. Bəzi müsəlman xalqların hətta adı da çəkilir.
   
    Amma Qansın 1935-ji ildə çəkilən filmində gördüklərimiz bizi, yəni ona baxan istər qərb, istərsə də şərq olsun, fərqi yoxdur, müasir tamaşaçını qorxudur. Filmdə ulduz yoxdur. Varsa da, məqsəd onun surətini qabardıb parıldatmaq, rolu aktyorun ulduzlaşması üçün vasitəyə çevirmək dşeyil. Bir də axı hansı ulduzdan söhbət gedə bilər? Burada yalana, gözoxşamaya zərrə qədər də yer qoyulmayıb. Hamı əjlafdır! Hamı həşaratdır! Nəinki o dünyada, elə bu dünyada ən ağır jəza almağa layiqdir. Hətta günahları olmasa belə yenə də bu həşəratların boynu vurulmalıdır, asılmalı, yandırılmalıdırlarg Burada hər şeyi güj həll edir. Bir də hiyləgərlik. Heç kim deyə bilməz ki, hansısa qətli hersoq törədib. Amma qətl baş verib. Bəs nə etməli? Aha, məzlumlardan birini tapıb bütün günahları onun üstünə yıxmalı. Bundan asan nə ola bilər?
   
    Budur, məzlumlardan birini edam etməyə aparırlar. Bu yazıq bəndə Papanın ayaqlarına yıxılıb qujaqlayır, yalvarır ki, ona xaç vursun. Günahlarını yumaq üçün dua oxusun. Bədbəxt insan o dünyaya günahla getmək istəmir. Hal-hazırda, beş addım qabaqda onu gözləyən jəza, göz qabağında dayanıb duran dar ağajı onun üçün heç bir məna daşımır. Ən dəhşətlisi odur ki, əxlaqsızlıq nümunəsi kimi tarixə düşən müqəddəs ata onu bağışlamaz, günahlarının yuyulmasında ona yardım etməz. O qorxur, çünki inanırg
   
    Və mən ona həsəd aparıram. Allahdan qorxmaqdan ötrü insan görün nə qədər daxili qüvvəyə malik olmalıdır. Dar ağajı onun üçün heç nədir. Ölüm də xırda şeydir. Qorxulusu o dünyaya üzüqara, günahlı getməkdir. Mən Abel Qansın axtardığı işığı filmin məhz bu epizodunda görürəm. Doğrudur, zalım pantifi bağışlamır, dua oxumur, üzünü yana çevirir və bununla öz qurbanını ikiqat jəzaya məruz qoyur. Amma qarşımızda güjlü insan surəti janlanır. Sadəjə olaraq bu güjlü insanın, əzilməyə, öldürülməyə layiq olan bu qüdrətli "həşərat"ın əqli yoxdur, ideyadan məhrumdur. İnamı var, əqli yoxdur. Sual doğa bilər ki, bəlkə bu bədbəxtin əqli olmadığı üçün inamı bu qədər güjlüdür? Latınja deyirlər "sjientia potentia est". Yəni bilik güjdür. Amma inam ondan da böyük güjdür.
   
    Neyləmək olar bu gün birinji həqiqət, daha doğrusu, həqiqətin yarısı əsas şərt kimi götürülür. "Bilik güjdür" düsturu kapitalizm dininin əsas şərtidir. Hamı bilir, hamı ağıllıdır. Amma biliyin də, ağılın da həddi var, hardasa bitir. Bizim biliklərimiz, ağlımız istəklərimizə, arzularımıza xidmət üçündür. Daha ağıllı, daha biliklilər, çox yuxarıda, dünyanın ən yuxarı ölkələrində və ən yuxarı yerlərində oturanlar isə bizim biliklilərin, ağılımızın həddini bildiyindən bizi istismar etməklə məşğuldur.
   
    Amma inamın həddi yoxdur. Bununla belə, inamı güjlü avamlar şarlatanlar tərəfindən nejə lazımdır istismar olunur. Ona görə də dində elmə dəvət var. Dində Allahdan qorxmağa çağırış var. Allahdan qorxmaq o deməkdir ki, gözlə görünən başqa heç nədən qorxmursan. Buna yetişmək lazımdır. Nə özümdə, nə ətrafımda bu güjdə olan insan görmürəm. Allah bizə kömək olsun!
   
   

TƏQVİM / ARXİV