adalet.az header logo
  • Bakı 20°C

İSLAMAFOBİYA, yoxsa XIRİSTİANOFOBİYA?

SEYFƏDDİN ALTAYLI
72820 | 2015-01-17 08:13
Fransada İslam dininə və Ulu Peyğəmbərimiz Həzrət Məhəmmədə hər cürə söyüşü və təhqiri bəşər və söz azadlığının bir hissəsi kimi qəbul edən "Charlie Hebdo" jurnalına basqın verən iki müsəlman qardaş Parisi qana boyadı. Ulu Tanrının şərəfləndirərək yaratdığı 12 insan vəhşicəsinə qətlə yetirildi. Hadisə yaranar-yaranmaz dünyanın hər bir küncündən axın-axın gedən dövlət və hökumət rəhbərləri Parisdə ortaq yürüşdə iştirak edərək öz etirazlarını qol-qola yeriyərək dünyaya anlamlı bir məsaj verdilər. Həmrəyliklə götürülən bu addım, terrorizmə qarşı veriləcək ən gözəl cavab oldu.
İslam dini hər cür zorbalığı və zorbazorluğu qəbul etmir, insana yaraşdırmır. Ulu Peyğəmbərimiz sağlığında onun üzünə qarşı edilən təhqirləri də gülərək qəbul edir və səbrlə-təmkinlə dayanırdı, ona görə də İslam dini sürətlə yayılıb dünyanı bürüdü. Bütün peyğəmbərlərin ən böyük özəlliyi səbrli, təmkinli, dözümlü və düz yolu göstərici olmalarıdı. Ancaq Ulu Peyğəmbərimiz, sağ üzünə çəkilən şillə qarşısında sol üzünü də dönüb buna da çəkin demirdi, İslam dininə düşməna nə fikirlərlə hücum çəkənlərə də "düşmənə onların silahıyla qarşılıq verin" deyirdi və bunu həyata keçirirdi. Uhud döyüşündə mübarək dişlərinin sınmasını yada salaq. Bir sözlə, Müsəlmançılıq nə terroru, nə qan-qadanı, nə zorbalığı nə də insanın əməyinin və ona məxsus dəyərlərin tapdalanmasını, sümürülməsini qəbul etmir.
ABŞ-da 11 sentyabr hadisəsi gerçəkləşdi, iki sərnişin təyyarəsi oğurlanıb ekiz qüllələrə şığadıldı və qüllələr yerlə-yəksan olub yüzlərlə insan həlak oldu. Bu hadisədən sonra Orta Şərqdə məlum hadisələr yarandı, İraq işğal edildi. Şəxsən hələ də başa düşmürəm, 1950-ci illərdə Türkiyə və İrandakı ABŞ düşərgələrindəki qulluqçular St Peterburqdakı taksi sürücülərinin bir-birləriylə danışıqlarına belə qulaq asa bildiyi halda ABŞ nə cür oldu ki, öz torpaqlarında oğurlanan iki sərnişin təyyarəsindən, planlaşdırılan terrordan xəbər tuta bilmədi? Və nə cür oldu ki, həmin qüllələrdə işləyən üç min qədər Yəhudi o gün işə getmədi? Qəribə dünyada yaşayırıq vəssalam.
İraqın işğalından sonra İraqda orta hesabla hər gün yüz nəfər qanına qəltan edilir, orda Müsəlmançılıqla birlikdə Tanrının şərəfləndirərək yaratdığı insanın ona məxsus maddi və mənəvi dəyərləri sümürülür, hər Allahın günü namusu zorlanır. İnsanlıq, demokratiya, insan hüquqları budur bəyəm? Qəribədir ki, 11 sentyabr hadisəsindən sonra planlı və qərəzli şəkildə dünyanın bütün xristian ölkələrində İslam dini və onun ulu peyğəmbəri Hz. Məhəmmədə sataşılır və üstəlik də yeni bir termin yaradılıb, "islamafobiya"???
Biz müsəlmanlar bütün peyğəmbərlərə hörmətlə yanaşırıq, bütün peyğəmbərlərin adlarını uşaqlarımıza qoyuruq. Xristianların özününküləşdirdikləri peyğəmbərlərini, Hz. İsanı da sevirik, ona hörmət edirik, özünün də, anası Məryəmin də adını oğullarımıza qızlarımıza qoyuruq. Altı milyardlıq xristian dünyasını axtarın oğluna Məhəmməd, qızına Xədicə və ya Fatma adını qoyan bir dənə xristiana rast gələ bilməzsiniz. Və ən önəmlisi bu insanların arasından çıxan bəzi adama oxşar məxluqlar bizim dinimizi, peyğəmbərimizi, müqəddəs kitabımızı (əslində bunların tamamı Ulu Tanrınındır), yəni bizim mənəvi dəyərlərimizi, dolayı yolla da şəxsiyyətimizi təhqir edir. Xristianların içində əlbəttə düz ilqarlı, insanlığın fərqinə varmış şəxslər vardır. Qərbdə onların reaksiyalarına nəinki fikir vermək, səslərini belə çıxarmalarına imkan verilmir. Beləliklə, dinlər arasında ziddiyyət atmosferi yaradılır. Haçandan bəri bu iş görülür desəniz, bu suala cavabım 11-ci əsrdəndir olardı. Orta Şərqdə, Anadoluda və Qafqazda o yüz illikdən üzübəri yaranan hadisələrə, törədilmiş qırğınlara, soyqırımlara, soyğunlara, qarətlərə baxın hamısında xristian dininə mənsub olanların möhürü vardır. Bunlar 11-ci əsrdən bəri külək əkirlər, ikicə dəfə tufan biçdilər, ağılları başlarına gəlməsə, gözlərinin qabağını torlanlaşdıran imperializmdən bəhrələnən siyasətlərindən əl çəkməsələr daha da çox biçəcəkdilər, çünki yeritdikləri siyasət bumeranq kimi həmişə özlərinə qayıdacaqdı.
"Charlie Hebdo"nu basıb ortalığı qan gölünə döndərənlər Fransada dünyaya gəlmiş, orda boya-başa çatmış, Fransız məktəblərində oxumuş, ordakı iş yərlərində işləyib qazanc əldə etmiş şəxslərdilər, amma müsəlman dininə mənsubdular. Bu səbəblə nə qərblilərin, nə də fransızların, müsəlmançılığı, müsəlman dinini günahlandırmağa hüquqları çatmır. Fransada altı milyon müsəlman yaşayır, yəni hər on Fransalıdan biri İslam dininə inanır. Fransa, öz ölkəsində dünyaya gəlib öz məktəblərində yetişən insanların bu cür bir qırğını törətməsinin səbəblərini papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməli, öz daxili və xarici siyasətində tapmalıdı.
Bu terror hadisəsi şəxsən mənə ayrı şəyləri də fikirləşdirir. Əvvəl başda demişdim, təkrar edirəm, terrorun, dövlət terrorunun, insanlığın təhqir edilməsini Tanrıya qarşı işlənmiş insanlıq cinayəti kimi görürəm və belə qəbul edirəm. Fransada öldürülən 12 insan bu dünyaya Ulu Tanrının töhfəsiydi, onların canını Tanrı vermişdi, o canları almağa da Tanrıdan başqa heç kəsin ixtiyarı yoxdu.
Türkiyədə PKK terroru otuz ildən artıqdır nahaq yerə qan tökür, indiyə kimi öldürülən vətəndaşlarımızın sayı 30 mini çoxdan ötübdür, Fransa dövlətinin və digər xristian dövlətlərin başçıları bu terroru pisləmədi, niyə gəlib Ankarada və ya İstanbulda yürüş edib Türkiyə ilə həmrəy olduqlarını göstərmədilər? Dünyanın hər bir küncü ilə yanaşı Parisdə də erməni terrorçuları bizim diplomatlarımızı vəhşicəsinə qətlə yetirərkən fransızlar və digərləri niyə cınqırlarını da çıxarmadılar? "Fransa dövləti heç reaksiya vərmədi?" deyə sual verənlər olarsa onlara xatırlatmaq istərdim. Dünyada kürdoloji institutunun yarandığı ölkələrdən biri də Fransadı, orda yaradılan institut vasitəsilə cahil Kürd qardaşlarımız qışqırdılıb Türkiyənin başına bəla edildilər. Birinci Dünya Hərbi əsnasında üsyan edərək ölkədə qırğınlar törədən terrorist ermənilərin ölkənin döyüş getməyən yərlərinə köçürülməsi hadisəsini "erməni soyqırımı???" kimi qəbul edib illər sonra da bu hadisə üçün qanun çıxaran və "erməni soyqırımı olmayıb" deyənləri türməyə basan, onlara cəza vərən də Fransa deyil? Ancaq Türkiyənin baş naziri, terrora qarşı olduğumuzdan Parisdəki yürüşdə ən ön səfdə iştirak etdi. O onların anlayışı, bu da bizim.
Bir digər məsələ isə Xocalı Soyqırımıdır, bu soyqırım yaranarkən Fransa neynədiə Xocalıda mindən artıq insan vəhşicəsinə qətlə yetirilmişdi, onların içində hələ dünya nə mənəm şeydir onun fərqinə varmamış körpə balalar da, əlsiz-ayaqsız qocalar da vardı. Həmin soyqırımı törədənlərin arasında Fransadan gələn erməni terrorçuları da vardı axı. Fransa dövləti madəm insasevərdi, terrora qarşı idi, madəm qərblilər terroru bəşəriyyət cinayəti kimi qəbul edirdi, bəs onda niyə ölkə və ya hökumət başçıları Bakıya gələrək Parisdə olan kimi Azərbaycanla həmrəylik yürüşü etmədi, Azərbaycan xalqının izdirabını bölüşmədi, ona baş sağlığı vermədi?
Sadəcə olaraq öz imperialist qayğılarından çıxış edərək, maraq dairələrini gerçəkləşdirməkdə özlərinə əngəl törətdiyinə inandıqları müsəlman ölkələri və müsəlmanları günahlandıran imperialist qərblilər bu səbəblə riyakardılar. Özlərinin qanı töküləndə haray-həşir qoparırlar, ancaq bizim qanımız töküləndə ona tomat suyu gözüylə baxırlar, müsəlmanları insan gözündə belə görmürlər. Görsələr Avropa səthində İslama və müsəlmanlara qarşı bu boyda nifrət yaranmazdı.
Bu məsələnin bir də bizim üçün ayrı bir yönü vardır. Ey xalqlarım, ey dövlət rəhbərlərim, ey hökumətlərimizin qabaqcıl şəxsiyyətləri, əgər bizim dövlətlərimiz əlbir olsaydı, dünya səthində markalaşmış "Peugeot, Renault, Citroen" kimi avtomobillərimiz, "mirage" kimi qırıcı təyyarələrimiz, nüvə yanacaqla işləyən hərbi təyyarə gəmilərimiz olsaydı Fransa kürdoloji institutunu yarada bilərdimi, Xocalı Soyqırımı ola bilərdimiə Mənəvi dəyərlərimiz bu boyda təhqir edilə bilərdimi?


TƏQVİM / ARXİV