Artıq xeyli vaxtdır ki, mətbuatda, eləcə də ictimai yerlərdə əsas mövzulardan biri də partiya sədrlərinin, yəni siyasi liderlərin öz kürsülərində davamlı olaraq əyləşmələridir. Yəni söz-söhbətlərdən, yazılardan belə bəlli olur ki, elə partiyalar var ki, onun rəhbəri, lideri, başqanı partiya təsis olduğu gündən həmin kürsüdə əyləşib və bu illər ərzində də partiyanın həyatında yeniləşmə duyulmayıb, əksinə, sükut, ətalət, yerində sayma, bəzən hətta üzü geriyə yuvarlanma kimi hallar daha çox olub. Təbii ki, bu iddiaları səsləndirənlər daha çox öz maraqlarından, öz prizmalarından çıxış edir və gətirdikləri arqumentlər də ilk öncə onların siyasi düşüncəsinin məhsuludur.
Bu günlərdə mətbuata açıqlama verən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu özünün şərhləri ilə müəyyən maraqlı məqamları dilə gətirib. Rauf bəyin fikirlərindən belə başa düşmək olur ki, Müsavat Partiyası onsuz da parçalanmaya məhkumdur. Bu parçalanmanın da kökündə Rauf Arifoğlunun fikirlərinə görə, partiyanın siyasi elitası, yəni onun üst qurumunda olan güclü siyasətçilərin çoxu dayanır. Rauf Arifoğlu bildirir ki, "Müsavatdakı güclü siyasətçilərin bir yerdə olması mümkün olmayacaq". Biz ötən seçkilərdən sonra, daha çox isə 2003-cü il prezident seçkiləri və parlament seçkilərindən sonra Müsavat başqanı İsa Qəmbərlə partiyanın mətbu orqanı olan "Yeni Müsavat"ın baş redaktorunun arasında bir soyuqluğun, hətta gizli bir dartışmanın olduğunu da hiss etməyə başladıq. Daha çox Rauf Arifoğlu öz qəzetində, eyni zamanda müxtəlif mətbu orqanlarında verdiyi müsahibələrdə bəzən birbaşa, bəzən də dolayısıyla partiya başqanının bostanına, yumşaq desək, daşlar atırdı. Özü də təkcə İsa bəyin yox, həm də partiyanın nüfuzlu təmsilçilərinin də. O cümlədən Arif Hacılının, Vurğun Əyyubun, Sülhəddin Əkbərin və digərlərinin də. Müəyyən məqamların üstüörtülü, bəzən də açıq şəkildə mətbuatda işıq üzü görməsi hər kəsi, o cümlədən bir vətəndaş olaraq məni də az-çox ilgiləndirmişdi. Lakin Rauf bəyin sonuncu açıqlamasında məsələni bir az da konkret qoyması istər-istəməz məndə belə bir fikir oyatdı ki, cari ilin sonu gəlib çatdığı kimi bu daxili çəkişmənin də, deyəsən, sonuna yetişmişik. Belə ki, Rauf bəy dolayısıyla partiyanın fəaliyyətini qiymətləndirəndə vurğulayıb ki, "Hesab edirəm ki, partiya rəhbərliyi artıq uzun müddətdir səhvlər buraxmaqla məşğuldur..." Bu səhvlərin nədən ibarət olduğunu təbii ki, daha çox partiyada təmsil olunanlar, yəni o qazanda qaynayıb, o mətbəxdə araya-ərsəyə gələnlər daha yaxşı bilərlər. Mənim partiyanın mətbəxində nə baş verdiyindən yalnız mətbuat vasitəsilə, bir də ayrı-ayrı söhbətlərdən bilgilər əldə etmək imkanım var. Bir çox hallarda təkcə Müsavatda yox, ümumiyyətlə, digər partiyalarda da nələrin baş verdiyi mənim üçün heç bir önəm daşımır. Sadəcə bir peşə, bir də az-çox nəyisə bilmək marağı hərdən adama güc gəlir. O ki qaldı Rauf bəyin son açıqlamasına...
"Yeni Müsavat"ın baş redaktoru bildirir ki, Müsavatın Nizamnaməsi bir nəfərin iki dəfədən artıq başqan seçilməsinə imkan vermir. Və həmin maddədə bildirildiyinə görə, məhz İsa Qəmbərin özünün təkidi ilə 2001-ci ildə Nizamnaməyə əlavə edilib. Deməli, Nizamnaməyə əsasən, 2010-cu ildə partiya rəhbərliyində dəyişikliklər olmalıdır. Ancaq Rauf Arifoğlu bildirib ki, o, bu dəyişikliyin 2013-cü ildən tez edilməsini istəmir, əksinə, hətta bunu zərərli sayır. Özü də bu İsa Qəmbərin əvəzedilməz olması ilə yox, sadəcə partiyada siyasi "ulduzların" çoxluğu ilə bağlıdır. Onları isə Rauf bəyin dediyinə görə, bir arada, yəni öz başqanlığı altında saxlaya bilməyən hələ ki, İsa Qəmbərdir. O, başqanlıqdan geri çəkilsə, bu "ulduzlar" birgə yol getməyəcəklər.
Bəli, buradan bəlli olur ki, sən demə, Müsavatdakı "ulduzları" hələ ki bir yumruq kimi birləşdirən məhz İsa Qəmbərdir. Əks halda, bu yumruq parçalanmağa, "ulduzların" isə pərən-pərən düşməsinə mane ola biləcək və yaxud da onları bir arada saxlayacaq heç nə olmayacaq. O ki qaldı Rauf bəyin özünün başqanlıq iddiasına, özünün dediyinə görə, "Mənim məsələ ilə bağlı daha az marağım var. Bu gün mən partiya fəalından daha çox demokratiyanın gələcəyinin olmasında maraq daşıyan vətəndaş kimi, ekspert kimi fikirlərimi səsləndirirəm... Bu, onların öz işidir. Mən sadəcə olaraq bir müşahidəçi kimi öz fikirlərimi söyləyə bilərəm, heç bir iddiam yoxdur".
Göründüyü kimi, Rauf Arifoğlu Müsavatda baş verənlər barəsində hər şeyi bilir, görür və özü də bu görüb-bildiklərindən nəticə çıxararaq heç bir iddiada olmadığını dilə gətirir. Amma mənim üçün maraqlıdır, bir halda ki, o, hər şeyi görür və bilir, nöqsanları deməkdən çəkinmir, onda daha partiyanın elitasına hansı formada demək olar ki, "dur yoldan çəkil!" Zənnimcə, bu, düşünməyə imkan verə biləcək bir fikirdir...