adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2015 11:28
22909
AVTOMABİL
A- A+

Sürücüsüz avtomobil

Sürücünün iştirakı olmadan hərəkət edə bilən avtomobillər artıq iki ildən sonra ABŞ yollarında hərəkət edəcək. Adalet.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Google” şirkətinin bu növ nəqliyyat sistemlərinin yaradılması üçün lazım olan texnologiyaların hazırlanması üzrə bölməsinin rəhbəri Kris Urmson deyib.

K.Urmson qeyd edib ki, kompüterlərlə idarə olunan avtomobillər ilk vaxtlar sınaq rejimində istismar olunacaq və onlara hər ehtimala qarşı sürücü əyləşəcək. Şirkət nümayəndəsinin sözlərinə görə, avtomobillər bir müddət sonra kütləvi satışa çıxarılacaq.

Sınaqlar yol nişanlarında yazılanları ayırd edə bilən sensorların, eləcə də yolda yaranan vəziyyətə uyğun tez çıxış yolu tapan, digər maşınları və piyadaları identifikasiya edən proqram təminatının təkmilləşdirilməsi məqsədilə aparılacaq. "Google” sürücünün iştirakı olmadan hərəkət edə bilən nəqliyyat vasitələrinin sınaqları Kaliforniya ştatında keçirir.

Şirkət müvafiq işləri artıq uzun müddətdir aparır. 2014-cü ildə "Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib. Detroyt avtosalonunda model nümayiş olunmayacaq, lakin onun sınaqlarının yaxın aylarda davam etdiriləcəyi gözlənilir.

K.Urmson onu da vurğulayıb ki, "Google” artıq bir sıra avtomobil istehsalçısı ilə danışıqlara başlayıb