adalet.az header logo
  • Bakı 13°C

iBTiDAi DüŞüNCƏ

VƏSİLƏ USUBOVA
35808 | 2008-12-20 06:00
Axır vaxtlar qəribə düşüncələrlə yaşayıram. Elə hey insanlığın ilk çağları, ilk məskənləri, yaşam tərzləri haqqında düşünürəm. Düşündükcə də keçmişimi xatırlayırmış kimi qəlbimi kövrək hisslər bürüyür. Sanki mən də bir vaxtlar yer üzünün ilk sakinləriylə birlikdə yaşamışam. Görünür, insanın müxtəliv zamanlarda bir neçə dəfə dünyaya gəlməsi haqqında deyilənlər ağlıma batıb, məni qeyri-adi xəyallara salıbg
   
   Tələbəlik illərindən yaddaşımda qalan ən maraqlı xatirə Qobustana səfərimizdi. O zaman fakültə " Jurnalist" qəzetinin bir nömrəsini də bu səfərə həsr eləmiş, təəssüratlarımızı yazmışdıq. Həmin nömrəni hələ saxlayıram. İstədim bu günkü xatirə düşüncələrimə o yazımdan da bir parça salım, tələbə yoldaşlarım oxuyarlarsa, xəyala dalsınlar, tapa bilmədim. Amma çox şey yadımdadı. Qayalıqlarda keçirdiyim həyəcanları nəinki hələ unutmamışam, əksinə, fantaziyamın gücüynən bir az da zənginləşdirmiş, təzə çalarlar qatmışam. Və mənim əcdadlarımızın ilkin məskəni haqqında düşüncələrim adi romantikadan çox-çox irəli gedirg
   
   ***
   
   O yerin daşı, qayası adama canlı görünür. Elə bilirsən ki, otun da, ağacın da dili var, dindirsən dinə , əsrlərdən, minillərdən xəbər verə bilər. İndi də sənin gəlişini duyublar, bu dəqiqə qayaların arasından çıxacaq, qonaqların şərəfinə tonqal çatıb yallı gedəcəklərg Ancaq bunlar mənim xəyallarımdı. Qədim məkanda sakitlikdi: təkcə külək əsir, ətraf bombozdu, bomboşdu, ot-əncər quruyub. Əncir ağaclarının meyvəsi də daş kimidi. Bunların lap daş dövründən qalmasına da inandırmaq istəyirsən özünü. Burda qəribə duyğular adamı qoynuna alır. Düşünürsən; bax, uşaqlardan aralanıb o qayanın arxasına keçsəm, tamam başqa dünyaya düşəcəm. Yarıçılpaq nənələrimi, babalarımı görəcəm. Onlar da səni tanıyacaq, heyrət dolu baxışlarını üzünə dikib yaxınlaşacaq, ürkək-ürkək əllərini toxunduracaqlar. Sən iyirminci əsrdən gəlmisən, yazıb-oxuya bilirsən, tarix, coğrafiya öyrənmisən. Özündən əsrlər, minillər öncə yaşayanların yaşadığın günlərədək gəlib çatan tarixindən- ictimai quruluşlardan, müharibələrdən, imperiyalardan, dəyişən, kiçilən, böyüyən sərhədlərdən, məhv olan, təzədən yaranan dövlətlərdən, dili, mədəniyyəti ölən millətlərdən xəbərdarsan. Onlarsa heç nə bilmirlər. Sən onlarçın dərkedilməzsəng
   
   Orada muzey vardı. Daş alətlər, sümükdən düzəldilmiş boyunbağılar, qolbaqlarg Sən demə, o yöndəmsiz babalarımızın da qəlbində isti, həzin duyğular varmış. Daş yonan, ox-kaman tutan əllərinin nəvazişi də əskik deyilmiş. Nənələrimiz də bu bu əl işlərini həvəslə taxıb nazlanırmışlar.Yoxsa, indiki gözəl-göyçək nəvələri olmazdı ki,.. Ən hündür qayalara dırmaşa bilməsək də, ortabablarının üstünə çıxdıq, elə onlar kimi əlimizi qaşımızın üstünə qoyub uzaqlara baxdıq. Qobuda nöqtə kimi görünən mal-qara da adama o dövrdən qalma kimi gəlirdig
   
   Dəmir hasara alınmış bir daşın ətrafına yığışıb şəkil çəkdirdik. Bələdçi dedi ki, vaxtilə Makedoniyalı İsgəndər Azərbaycana gələndə bu daşın üstünə çıxıbmışg Bəxtəvər dünyada tapdamadığı daş-torpaq qoymayıb. Özündən sonra da yurddaşları dünyanın hər yerində onun nişanələrini tapıb qürurlanırlar. Uşaqlıqdan İsgəndərin səfərləri, onun bilim adamlarına sonsuz ehtiramı haqqında o qədər rəvayətlər eşitmişik ki, adamın ona qəsbkar deməyə dili gəlmir. Hər halda o zaman ürəyimdən keçən bu sözlər oldu; qoy bir də yurdumuza qəsbkar ayağı dəyməsin! Arzum çin olmadı. Heç on-on iki il keçməmişg
   
   ***
   
   Bizə İsgəndəri də tanıtdılar, Sezarı da, Kolumbu, Napoleonu, Suvrovu da. Ancaq Atilladan, Çingiz xandan, Metedən, Əmir Teymurdan, Sultan Səlimdən söz açmadılar. Əmir Teymuru topal kimi tanıtdırdılar, Şah İsmayılı bir-iki şeirin müəllifi kimi. Uzaq əsrlər bir yana, qulağımızın dibində Atatürkü də tanımadıqg Dünyanın hər qarışında türkün izi ola-ola, başqalarına heyran olmağı öyrətdilər bizəg
   
   Tur Heyerdalın Qobustan qaya rəsmləri qarşısında heyranlığını əks etdirən şəkil məni qürurlandırmışdı o zaman. Məşhur səyyah da bu yerlərdə öz əcdadlarının izinə rast gəlmişdi. Kim bilir, bəlkə dünya bir zaman indikindən də kiçikmişg
   
   Bu gün italiyalı memar da Qobustan qayalıqlarında Roma legionerlərinin izinə rastlamasından qürur duyduğunu dilinə gətirir. Dünya bizdən başlanırmış, sən demə. Bizsə, Biləcəridən o yana keçmək üstündə dava eliyirikg
   
   ***
   
   Bu sətirləri yazıb televizoru yandırdım. Deyəsən, lap vaxtında açmışdım, yoxsa, iraqlı jurnalistin havada uçan ayaqqabılarını görməyəcəkdim. Doğrudan da, adam bilmir başına nə gələcək, ya da nə dəyəcək. Olacaqlardan qaçmaq mümkün deyilmiş, lap super dövlətin başçısı olsan da. Görəcəyi varmış Buşun. Hardan ağlına gələrdi ki, on il dünyanı gəzib dolaşacaq, səlahiyyət müddətinin başa çatmasına bir ay qalmış şirin danışdığı yerdə bir göz qırpımında " uçan" ayaqqabılara tuş olaxaq. Özü də harda? Torpağını torbaynan daşıtdırdığı bir məmləkətdə. Amma cəld adammış, vaxtında imkan tapıb zərbədən yayına bildi. Boynuna almasa da, pərtliyi adam çağırırdı. Təlaşlı baxışları, pörtmüş sifəti açıq-aşkar bilinirdig Ən çox yadımda qalan İraq baş nazirinin sifətindəki ifadə, daha doğrusu ifadəsizlik oldu.Kişinin tükü də tərpənmədi, Tərpənsəydi, İraq o günə qalmazdı ki,g
   
   ***
   
   Deyirlər, insan bədənindəki bütün sinir ucları ayaqların altında toplanır. Ayaqqabılarını çıxaran adam rahatlanır, əsəbləri sakitləşir, hirsi soyuyur. Üstəlik də bu ayaqqabıları çıxarıb dünyanın super dövlətinin- demokratiya pərdəsi altında ağılsız millətlərin boş başında qoz sındıran bir dövlətin prezidentinə tullayasang
   
   O ayaqqabı cəmi dörd metr uçmadı. Hələ havadadı, İraqdan düz Ağ evə süzməkdədi. Ayaqqabı atmaq söz atmağın, əl-qol atmağın, güllə, qrad, raket atmağın tayı deyil. Biri deyir: " Hə, nə mənası vardı ki? Bundan nə qazanacaqlar?" Başqa birisi: " Hər halda canından tikanı çıxartdı ki,g" deyir. Hər ikisi haqlıdı. Ancaq canında tikan qalmaq çox pis şeydi. İyirmi ilə yaxındı canımızın tikan-tikan deşildiyi, irinlədiyig Biz ayaqqabılarımızın bağını nə vaxt boşaldacağıq, görəsən?!
   
   Və görəsən, neçə yüz ildən, min ildən sonra buşların nəvələri dünyanı gəzib öz əcdadlarının ayaq izlərini axtaracaqlar?!

TƏQVİM / ARXİV